Mətbuat Şurası Moldova ombudsmanı Aureliya Qriqoriunu "Həqiqətə xidmətlərinə görə" mükafatı ilə təltif edib (FOTO)

Mətbuat Şurası Moldova ombudsmanı Aureliya Qriqoriunu "Həqiqətə xidmətlərinə görə" mükafatı ilə təltif edib (FOTO)

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Bu gün Azərbaycan Mətbuat Şurasında (MŞ) Moldova ombudsmanı Aureliya Qriqoriu ilə görüş keçirilib.

Şuradan Trend-ə verilən məlumata görə, toplantını giriş sözü ilə açan MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə moldovalı qonağı salamlayaraq bildirib ki, zaman-zaman Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində problemlər yaşanıb. Xüsusən də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyinin təbliğinə ehtiyac duyulub:

"Dünyada ikili standartların hökm sürdüyü indiki şəraitdə də bu işin daha məqsədyönlü şəkildə həyata keçirilməsinə ehtiyac var. Azərbaycan dövləti, eləcə də müxtəlif qeyri-hökumət təşkilatları fəaliyyətlərini məsələyə mövcud rakusdan yanaşaraq qururlar. Sevindirici haldır ki, haqq işimizi dəstəkləyənlər içərisində etibarlı dostlarımız da var. Bu gün biz onların şəxsində özünün qətiyyəti, peşəkarlığı ilə fərqlənən, Azərbaycan həqiqətlərini, Xocalı faciəsi dəhşətlərini dünyaya bəyan edən bir şəxsi - Moldova ombudsmanı xanım Aureliya Qriqoriunu görməkdən məmnunuq. Onun Ermənistan parlamentindəki tarixi çıxışı hamımıza yaxşı məlumdur. Bu çıxış ölkəmizin ictimai rəyində, həmçinin işğalçı Ermənistanda son dərəcə böyük rezonans doğurmuşdu. Çünki xanım Qriqoriu ümumilikdə bəşəriyyət üçün vacib olan həqiqətləri qorxmadan, inamlı şəkildə dilə gətirmişdi. Mətbuat Şurasının İdarə Heyəti bütün bunları nəzərə alaraq, Moldova ombudsmanını "Həqiqətə xidmətlərinə görə" mükafatı ilə təltif etmək qərarına gəlib. Bu gün biz bu ana şahidlik etmək üçün toplaşmışıq".

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova çıxışında rəhbərlik etdiyi qurumun Moldova ombudsmanı ilə qarşılıqlı əməkdaşlığından söz açıb. O bildirib ki, hələ 1998-ci ildən əsası qoyulan səmərəli iş birliyi müxtəlif beynəlxalq toplantılarda iştirakdan, fundamental dəyərlər olan insan hüquq və azadlıqlarının müdafiəsinə yönələn təmasların gerçəkləşdirilməsindən keçib: "Aureliya Qriqoriu həmişə özünün prinsipial mövqeyi ilə seçilib. Müxtəlif çıxışlarında ombudsmanların təkcə öz ölkələrində deyil, ümumən dünyada insan hüquq və azadlıqlarına qiymət verməsinin vacibliyini real faktlarla əsaslandırıb. Onun Azərbaycan həqiqətlərinə yanaşma tərzi də bu mövqeyindən qaynaqlanıb. Məhz bu xüsusiyyətinə görə Azərbaycanda hamının sevimlisinə çevrilib. Xanım Qriqoriunun iş prinsipi peşəkarlıq tələblərinin real insani dəyərlər müstəvisində uzlaşmasının böyük nümunələrindəndir".

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxışında bildirib ki, torpaqlarımızın 20 faizinin işğal altında olduğu, müxtəlif beynəlxalq təşkilatların məsələyə münasibətdə birmənalı mövqe tutmadığı bir şəraitdə A.Qriqoriunun tərəddüdsüz obyektivliyi dünya ictimaiyyətinə ünvanlanmış son dərəcə tutarlı mesajdır. O, xanım A.Qriqoriunun ölkəmizə növbəti səfərlərinin Azərbaycanın qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində baş tutacağına əminliyini vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev qeyd edib ki, mətbuat üçün həqiqətlərin qələmə alınması son dərəcə mühüm amildir. Obyektivlik hər bir peşəkar qələm sahibinin ruhundan, daxili aləmindən irəli gəlir: "Aureliya Qriqoriu Ermənistan parlamentindəki çıxışında məhz həmin həqiqəti ifadə etdi. Mövcud səbəbdən onun jurnalistlər üçün dəyəri daha böyükdür. Azərbaycan Mətbuat Şurasının "Həqiqətə xidmətlərinə görə" mükafatının ona təqdim edilməsi bütövlükdə maarifpərvər jurnalistikamızın xanım Qrioriuya ən xoş münasibətinin göstəricisidir".

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu həqiqətləri çatdırmaq bacarığını insanın malik olduğu ən böyük dəyər vahidi kimi ifadə edib. A.Qriqoriunun peşəkar fəaliyyətinə mövcud istiqamətdən qiymət verən baş redaktor eyni zamanda bildirib ki, sülhsevər, səmimi keyfiyyətlərə malik Azərbaycan xalqı onun bütövlükdə insanlıq qarşısındakı xidmətlərini böyük ruh yüksəkliyi ilə qarşılayıb. Hər bir azərbaycanlı Moldova ombudsmanının şəxsində özünə olduqca doğma olan adamını tapıb.

MŞ İdarə Heyətinin üzvü, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) rəhbəri İlham İsmayıl qeyd edib ki, Mətbuat Şurasında baş tutan toplantı rəhbərlik etdiyi qurumla Moldova ombudsmanı arasında əməkdaşlıq memorandumunun imzalanması baxımından da əlamətdardır. Sazişin məhz jurnalistlərin, kütləvi informasiya vasitələri təmsilçilərinin iştirakı ilə imzalanması böyük ictimai mahiyyət daşıyır.

İ.İsmayıl eyni zamanda məlumat verib ki, memorandumda dünyanın müxtəlif bölgələrində Azərbaycan həqiqətlərinin təbliğini nəzərdə tutan toplantıların təşkili, prosesə qabaqcıl xarici ölkələrin ombudsman təsisatlarının cəlb edilməsinin yolları, digər prioritet hədəflər əksini tapır, geniş iş birliyinin konkret konturları açıqlanır: "Hesab edirəm ki, biz bu yolla Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv reallıqların dünyaya daha optimal şəkildə çıxarılmasına nail olacağıq".

Dağlıq Qarabağ münaqişəsi barədə dünya birliyinin daha çox məlumat almasının vacibliyindən söz açan Moldova ombudsmanı Aureliya Qriqoriu ATXƏM ilə əməkdaşlığın mövcud mənada səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib. Ermənistan parlamentindəki çıxışından sonrakı təzyiqlər mərhələsində Azərbaycan ictimaiyyətindən son dərəcə böyük dəstək gördüyünü deyən xanım A.Qriqoriu bildirib ki, gələcəkdə reallaşdırılacaq birgə təşəbbüslər eyni zamanda insanlığın rifahı uğrunda aparılan mübarizəyə dəstəkdir və bu səbəbdən də müqəddəsdir.

Çıxışından sonra A.Qriqoriuya Mətbuat Şurasının "Həqiqətə xidmətlərinə görə" mükafatı təqdim olunub. Moldova ombudsmanı təltifə görə Mətbuat Şurasına, ümumilikdə Azərbaycan jurnalistlərinə təşəkkürünü bildirib.

Görüşdə çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvləri - "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas, BDU-nun Jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli, Day.az Media Şirkətinin baş direktor müavini Sevda Həmidova, həmçinin "Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu, "Assa İrada" İnformasiya Agentliyinin baş direktoru Fazil Abbas A.Qriqoriunu Azərbaycan ictimaiyyətinə sevdirən cəhətlərdən söz açıblar. Natiqlər xanım ombusmanın fəaliyyətinin təkcə peşəkarlıq deyil, eyni zamanda, həssas insanlıq nümunəsi kimi örnək səciyyə daşıdığını vurğulayıblar, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.

“AccessBank” taksi xidmətləri üzrə tender elan edir
“AccessBank” taksi xidmətləri üzrə tender elan edir
DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
"Aztelekom" avadanlığın texniki dəstəyi üçün 1,4 milyon manatdan çox vəsait ayıracaq
"Aztelekom" avadanlığın texniki dəstəyi üçün 1,4 milyon manatdan çox vəsait ayıracaq
Loading Bars
Xəbər lenti
İtaliyanın mətbuat orqanları Qanlı Yanvar faciəsindən yazırlar
Estoniyada koronavirusun "Britaniya" ştammı aşkarlanıb
İranın xarici işlər naziri Bakıya gəlir
XX əsrdə ikinci dəfə öz müstəqil inkişaf yolunu seçən Azərbaycan istəklərini qurbanlar bahasına gerçəkləşdirdi - Tarixçi
Tramp Baydenin inauqurasiyasını gözləmədən Ağ Evi tərk etdi
Madridin mərkəzində güclü partlayış olub, ölənlər və yaralananlar var (ƏLAVƏ OLUNUB)
20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi açılıb (FOTO)
Belarus saytında 20 Yanvar faciəsinin ildönümünə dair məqalə dərc edilib
Ermənilərin qarşısını kəsdiyi çaylar: 30 min hektar ərazi su ilə təmin olunacaq - Trend TV-nin reportajı (VİDEO)
Kəlbəcər rayonunun Nadirxanlı kəndi (VİDEO/FOTO)
London sakinlərinə 20 Yanvar faciəsindən bəhs edən bukletlər paylanıb (FOTO)
Türkiyədən peşəkar klinik-psixoloq və psixoterapevtlər ölkəmizə gəlib (VİDEO)
Cəllad Stepan Şaumyanın Fransada izləri - Fransa mətbuatı
Ombudsman Aparatında 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı videokonfrans təşkil edilib
ABŞ-da 20 Yanvar faciəsi ilə bağlı məktub kampaniyası başlayıb
MDU və Mingəçevir Gənclər Evi birgə “20 Yanvar: şərəf və qəhrəmanlıq səhifəmiz” mövzusunda anım tədbiri keçirib (FOTO)
Azərbaycanda 897 nəfər COVID-19-dan sağalıb, 332 nəfər yoluxub, 12 nəfər vəfat edib
Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsi barədə: Unutmadıq, unutmayacağıq!
Təhsil Mərkəzinə çatanda gördüm yerdə bir nəfər uzanıb, üzərinə isə qara gödəkçə salınıb - Qanlı Yanvar şahidi
Vətən müharibəsində iştirak edən 2 777 şəxsin müraciətinə baxılıb
Qazaxıstan Azərbaycandan pomidor idxalını dayandırıb
20 Yanvar faciəsi nəinki xalqımızı qorxutmadı, əksinə, müstəqillik iradəsini möhkəmləndirdi - Deputat
Co Bayden prezident qismində ilk bu sənədləri imzalayacaq
Fransa mətbuatında 20 yanvar faciəsi haqda məqalə dərc olunub
İranda koronavirusdan ölənlərin sayı 57 min nəfəri keçdi
Şuşada 20 Yanvar faciəsinin ildönümü qeyd olunub (VİDEO)
20 yanvar hadisələri bakılıların həyatını "əvvəl" və "sonra"ya böldü - Lev Spivak
Azərbaycan əhalisi 56 min nəfərdən çox artıb
20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycan Ordusunda tədbirlər keçirilib (FOTO/VİDEO)
Ombudsman 20 Yanvar faciəsi ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib (VİDEO)
Bakıda güclü yanğın - Mebel və avtomobil sexləri, 1 ”Opel” yandı
20 Yanvar qırğınının baiskarları, o cümlədən Qorbaçov cəzasını almalıdır - QMİ sədri
Türkiyə XİN 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Ötən il Azərbaycanın neft bitumu istehsalı 10 dəfədən çox artıb
“20 Yanvar” qurbanlarının xatirəsi elektrik deposunda anılıb (FOTO)
20 Yanvar faciəsi xalqımızın milli şüuruna dönüş hadisəsi kimi daxil oldu - Şəhid bacısı
Azərbaycanda neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi artıb
Dinc insanlar qətlə yetirildi - Fransa səfiri Qanlı Yanvardan yazıb
Aİ-nin Azərbaycandakı nümayəndəliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat verib
Qara Yanvar Azərbaycan xalqı üçün müstəqillik uğrunda mübarizənin rəmzidir - Dmitri Panin
Bolqarıstan mətbuatı 20 yanvar hadisələri barədə yazıb (FOTO)
Vaksinlərdən sonra normal həyata nə zaman qayıdacağıq? - “Sahil Kərimli ilə Aktual”da mütəxəssislər sualları cavablandırıb (VİDEO)
Şəhid və müharibə iştirakçısı ailələrinin 3200-dən çox üzvü sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə edilib (FOTO)
DTX kollegiya üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıb
Hacıqabulda qanunsuz ov edənlər saxlanılıb
Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir (FOTO)
Sabah da qar yağacaq, şaxta olacaq
Qərənfillər bu gün xarıbülbüllə birlikdə açır - Çavuşoğlu 20 Yanvar faciəsindən yazdı
Rusiyada koronavirusdan ölənlərin sayı 67 mini keçib
Azərbaycanda yaşayan yəhudilər 20 Yanvar qurbanlarını yad edib: Bu, ölkədəki bütün xalqların acısıdır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO/VİDEO)
Yanvarın 19-u axşam işə gəlirdim... - 20 Yanvar şahidi
DİN əməliyyat keçirib - Silahlı şəxslər saxlanılıb
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, hərəkət dayandırıldı (FOTO/VİDEO)
Sol ayağını itirmiş qaziyə yüksək texnologiyalı protez hazırlanır (FOTO)
Baş konsulun 20 Yanvar faciəsi haqda məqaləsi ABŞ-da dərc edilib
Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıb - Nazir (FOTO)
20 Yanvar yalnız kədər və ağrı ilə xatırlanacaq bir gün deyil, həm də şərəf günüdür - Hüseyin Altınalan
20 yanvar şəhidlərinin xatirəsini hörmətlə anırıq - Britaniya səfiri (FOTO)
“Azərsun Holdinq”in kollektivi 20 yanvar tarixində Şəhidlər Xiyabanını ziyarət edib
Azərbaycan neftinin qiyməti 56 dolları keçib
Paşinyan müxalifətin Qarabağ müharibəsini araşdırmaq təklifini qəbul etmədi
Qazaxıstan səfirliyi 20 Yanvar qurbanlarının xatirəsini anıb
Türkiyə müharibədən sonra da Azərbaycana dəstək üçün səfərbər olub - Səfirdən Bahçelinin fikirlərinə aydınlıq
Ən çox qar bu ərazilərə yağıb - Faktiki hava
Türk Şurası 20 Yanvar qurbanlarının xatirəsini yad edib
Tramp son fərmanını imzaladı - Keçmiş məmurlar əfv olundu
Göyçayda keçmiş məhkumdan narkotik götürülüb (FOTO)
Azərbaycana yeni səfir təyin olunsa da, hələki vəzifəmi icra edirəm - Erkan Özoral
Şəhidlər Xiyabanı istiqamətində şəxsi avtomobillərdən istifadə etməyin -Sürücülərə müraciət
Yunanıstan parlamenti Azərbaycan qazı ilə bağlı sazişi müzakirə edir
Ermənilər Vaqifin muzey-məqbərə kompleksini məhv ediblər - Monitorinqin nəticələri açıqlandı
Vaksinasiya mərhələli şəkildə davam edir - Nazir müavini
Los Ancelesdəki Baş Konsulluq 20 Yanvar faciəsi barədə ingilis dilində film hazırlayıb
Zəfər savaşından sonra bütün şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq, bütün şəhidlərimizin ruhu şaddır - Hikmət Hacıyev (VİDEO)
Hər zaman olduğu kimi Ümumxalq Hüzn Günündə də Azərbaycanın yanındayıq - Türkiyə səfirliyi
Yakutiyada 50 dərəcə şaxta qeydə alınıb
20 yanvar hadisəsi Azərbaycanın müstəqillik mübarizəsini boğmağa qarşı yönəldilmişdi - Tarixçi alim
Azərbaycanda sahibkarlıq sahəsində innovativ xidmət təqdim edilib
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
İsveçdə 5G şəbəkəsinin yaradılmasında 4 şirkət iştirak edəcək
XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı
Almaniyada karantin 14 fevrala qədər uzadılır
Portuqaliyanın İqtisadiyyat naziri koronavirusa yoluxub
Almaniyada insan alveri ilə məşğul olan dəstə saxlanılıb
İsraildə karantin 31 yanvara qədər davam edəcək
Air France fevral və martda Rusiyadan Parisə bir sıra uçuşlar həyata keçirəcək
Liviyanın hərbi-dəniz məktəbində partlayış baş verib
Cəbhəboyu ərazilərdə iki gündə 129 ədəd mina aşkarlanıb - ANAMA (FOTO)
"Lester" "Çelsi"ni məğlub edərək Premyer Liqada birinci yerə yüksəldi
Almaniya Bundesliqası: "Bayer" "Borussiya"ya qalib gəldi
David Norkuist Pentaqon rəhbəri vəzifəsini icra etməyə başlayır
Trump yeni administrasiyanın gəlişini etiraf etdi
Pompeo Çinin uyğurlara qarşı siyasətini "soyqırım" adlandırıb
Azərbaycanda 20 Yanvar faciəsinin 31-ci ildönümü qeyd olunur
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsindən istefa verib
İstədim ona deyim ki, mən də səni, qaqa. Amma gözlərim artıq bağlandı... Şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..."
Lənkəranda üçmərtəbəli binada yanğın olub
Şagirdlərin yarım illik nəticələri belə qiymətləndiriləcək - Qaydalar təsdiqləndi
Sorosun oyuncağı Paşinyan Ermənistanı bataqlıqdan çıxara bilmir - İqtisadiyyat çökür, etirazlar isə bitmir
Bütün xəbərlər