...

Məhkəməyə saxta sənədlər təqdim edən Bakı sakini barəsində cinayət işi açılıb

Cəmiyyət Materials 13 Noyabr 2013 17:48 (UTC +04:00)
Nərimanov rayon məhkəməsinin xüsusi qərardadı əsasında cinayət işi başlanıb.
Məhkəməyə saxta sənədlər təqdim edən Bakı sakini barəsində cinayət işi açılıb

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir İ.İzzət/

Nərimanov rayon məhkəməsinin xüsusi qərardadı əsasında cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhər sakininin qanunsuz əməlləri barədə Nərimanov rayon məhkəməsindən daxil olmuş xüsusi qərardad əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılıb.

Araşdırmalar zamanı Zübeydə Abdullayevanın özünə məxsus mənzilindən Tahir Məcidovun çıxarılması barədə mülki iddiasına Nərimanov rayon məhkəməsində baxılarkən, sonuncunun qarşılıqlı iddia verərək məhkəməni mənzilin guya Z.Abdullayeva tərəfindən ona satılmasını inandırmağa çalışmaqla və sübutlar kimi mənzilin onun mülkiyyətinə keçirilməsi barədə saxta ərizəni məhkəməyə təqdim etməklə mülki iş üzrə sübutları saxtalaşdırmasında əsaslı şübhələr olduğundan barəsində Cinayət Məcəlləsinin 294.1 (sübutları saxtalaşdırma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti