...

Səhiyyə Nazirliyi: Aşura günü səhər saatlarında Azərbaycanın məscidlərində artıq 1000-dən artıq insan qan verib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 14 Noyabr 2013 10:31 (UTC +04:00)
Bu gün saat 09:00-a olan məlumata görə, Aşura günü respublikanın qanvermə keçirilən məscidlərində artıq 536 nəfər qan verib.
Səhiyyə Nazirliyi: Aşura günü səhər saatlarında Azərbaycanın məscidlərində artıq 1000-dən artıq insan qan verib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün saat 10:00-a olan məlumata görə, Aşura günü respublikanın qanvermə keçirilən məscidlərində artıq 1000-dən artıq insan qan verib. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Dadaş Hümbətov bildirib.

Onun sözlərinə görə, Aşura günü məscidlərdə keçirilən qanvermə aksiyalarında 5 mindən çox insanın iştirakı gözlənilir.

Qeyd edək ki, ötən il Aşura günü məscidlərdə keçirilən qanvermə aksiyalarında 4 mindən çox insan iştirak etmişdi.

QMİ-nin mətbuat xidmətindən daha öncə Trend-ə verilən məlumata görə, qanvermə aksiyası Bakıda Təzə-pir, Hacı Soltanəli, Hacı Əjdərbəy, Bibi-Heybət, İçəri-şəhər Cümə, Qaraçuxur məscidlərində, eləcə də Mir Mövsüm ağa ziyarətgah məscidi, Keşlə qəsəbə məscidində təşkil olunur.

Qanvermə aksiyası, həmçinin Sumqayıt şəhər Cümə məscidi, Gəncə şəhər İmamzadə ziyarətgah məscidi, Mingəçevir şəhər Heydər məscidi, Şəki Cümə məscidi, Lənkəran Böyük bazar məscidi və Bərdə Cümə məscidində keçirilir.

Xatırladaq ki, bu gün Kərbəla şəhidlərinin xatirəsi yad edilir, təziyələr saxlanılır. Bu münasibətlə QMİ-nin Qazılar Şurası bütün dindarlara dərin hüznlə başsağlığı verir, onlara Allah-təaladan səbr, məğfirət diləyir və İmam Hüseyn (ə) əzadarlığını İmamın şəninə layiq şəkildə keçirilməsini tövsiyə edir.

Qeyd olunur ki, Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında, habelə xüsusi ayrılmış məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalı, habelə Vətən uğrunda şəhid olanların əziz xatirəsi yad edilməlidir.

Müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, qurşağadək soyunaraq zəncir və ya başqa alətlərlə bədənə xəsarət yetirməklə qan çıxarmaq kimi İslamda bəyənilməyən hərəkətlərə yol verilməməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti