...

Ər-Riyadda IV Dünya İnformasiya Agentlikləri Konqresi keçiriləcək

Cəmiyyət Materials 18 Noyabr 2013 12:36 (UTC +04:00)
Trend BİA da konqresdə iştiraka dəvət olunub.
Ər-Riyadda IV Dünya İnformasiya Agentlikləri Konqresi keçiriləcək

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir E.Tariverdiyeva/

Ər-Riyadda bu il noyabrın 19-21-də Səudiyyə Ərəbistanının kralı Abdulla ibn Əbdül Əzizin himayədarlığı altında IV Dünya İnformasiya Agentlikləri Konqresi (NAWC) keçiriləcək. Trend BİA da konqresdə iştiraka dəvət olunub.

Konqresə bütün dünyadan ümumilikdə 70-dən artıq informasiya agentliyi və ixtisaslaşmış kütləvi informasiya vasitələrinin 30 nümayəndəsi, eləcə də informasiya texnologiyaları və rabitə üzrə mütəxəssislər dəvət olunublar.

Konqresdə "Associated Press" agentliyinin prezidenti və baş direktoru Heri Pryuitt, "Reuters"in icraçı direktoru Stiven Şvarts, "France-Press" agentliyinin prezidenti və baş direktoru Emmanuel Hooq, EFE agentliyinin prezidenti və baş direktoru Xose Antonio Vera, İTAR-TASS-ın baş direktoru Sergey Mixaylov və başqaları çıxış edəcəklər.

Səudiyyə Ərəbistanının Milli Mətbuat Agentliyinin (SPA) rəhbəri, IV beynəlxalq konqresin sədri Abdulla bin Fəhd əl-Hüseyn bildirib ki, tədbir informasiya agentliklərinin fəaliyyətinin yaxşılaşdırılması məqsədi daşıyır. Çünki digər yeni KİV-in yaranmasına baxmayaraq, məhz agentliklər dünyada əsas xəbər istehsalçılarıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti