...

Türkiyədə uçuş qaydalarını pozan sərnişinlərə qarşı cəzalar sərtləşdirilir

Cəmiyyət Materials 28 Dekabr 2013 15:25 (UTC +04:00)
Türkiyədə 2014-cü ilin yanvar ayından etibarən uçuş qaydalarını pozan sərnişinlərə qarşı cəzalar sərtləşdiriləcək.
Türkiyədə uçuş qaydalarını pozan sərnişinlərə qarşı cəzalar sərtləşdirilir

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə 2014-cü ilin yanvar ayından etibarən uçuş qaydalarını pozan sərnişinlərə qarşı cəzalar sərtləşdiriləcək.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, təyyarələrdə uçuş vaxtı uçuşa təhlükə yarada biləcək hər hansı hərəkətə görə 10 min lirə cərimə nəzərdə tutulur.

Məlumatda o da qeyd olunur ki, xəbərdarlıq siqnalından sonra elektron cihazlar işlədən, yerinə əyləşməyən, təhlükəsizlik kəmərlərini bağlamayan, təyyarə ekipajı ilə mübahisə edən və təyyarədə siqaret çəkən sərnişinlər 1000 lirə cərimə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti