...

Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 11 dərəcə isti olacaq

Cəmiyyət Materials 10 Fevral 2014 12:14 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi ərazilərində gündüz saatlarında havanın temperaturu 11 dərəcəyə yüksələcək.
Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 11 dərəcə isti olacaq

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanın bəzi ərazilərində gündüz saatlarında havanın temperaturu 11 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, fevralın 11-də Bakıda və Abşeron yarımadasında buludu hava şəraiti üstünlük təşkil edəcək. Hava əsasən yağmursuz olacaq. Yarımadanın bəzi yerlərində havanın çiskinli olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-4, gündüz 5-9 dərəcə isti təşkil edəcək.

Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.

Azərbaycanın rayonlarında fevralın 11-də hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək, bəzi şərq rayonlarında havanın çiskinli olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti