...

ADA Universitetinin rektoru ilə onlayn forum keçirilib

Cəmiyyət Materials 14 Fevral 2014 17:53 (UTC +04:00)
Bu gün Azərbaycanda ilk dəfə olaraq ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev sosial mediada gənclərin suallarına cavab verib.
ADA Universitetinin rektoru ilə onlayn forum keçirilib

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir S.Əhmədova/

Bu gün Azərbaycanda ilk dəfə olaraq ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev sosial mediada gənclərin suallarına cavab verib.

Trend-in ADA Universitetinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ADA Universiteti, tələbələr üçün təklif edilən bakalavr və magistr proqramları, Universitetin strukturu, beynəlxalq əlaqələri, tədris proqramları və digər sahələri əhatə edən sualları cavablandıran rektor eyni zamanda, təhsil islahatları və ADA Universitetinin regionun inkişafı üçün lazım olan gənc liderlər nəslinin yetişdirilməsində oynadığı rolu vurğulayıb: "Forumun keçirilməsində əsas məqsəd gəncləri maraqlandıran suallarla yaxından tanış olmaq, onların tələb və təkliflərini dəyərləndirməkdir".

Sonda rektor bütün forum iştirakçılarına aktiv iştirak və suallara görə təşəkkür edib.

Qeyd edək ki, ADA Universiteti 1 oktyabrdan 2014/2015-ci akademik il üçün diplomatiya və beynəlxalq münasibətlər və ictimai siyasət ixtisasları üzrə magistratura proqramlarına tələbə qəbuluna start verib. Sənədləri təqdim etmək üçün son tarix 15 aprel 2014-cü ildir.

Bununla yanaşı, ADA Universitetinin Maastrixt Menecment Məktəbi (MSM) ilə birgə qiyabi Ekzekyutiv MBA proqramına da sənəd qəbulu başlanıb. Maastrixt Menecment Məktəbi ilə birgə tədris edilən bu proqrama sənədləri təqdim etmək üçün son tarix 1 aprel 2014-cü ildir.

ADA Universiteti bu ildən etibarən əyani, beynəlxalq MBA proqramına da start verib. Biznesin idarə edilməsi üzrə bu magistratura proqramında təhsil 18 ay ərzində, işləyənlər üçün uyğun qrafikdə aparılacaq. Sənəd qəbulu artıq başlayıb və 1 may 2014-cü ilə qədər davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti