...

Azərbaycanda bu axşamdan başlayaraq güclü külək əsəcək

Cəmiyyət Materials 12 Mart 2014 12:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan ərazisində bu axşamdan gecəyə doğru güclü külək əsməyə başlayacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, martın 12-si axşam saatlarından respublikanın şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin yağıntılı olacağı gözlənilir.

Martın 13-dən martın 14-ü gündüzədək ayrı-ayrı rayonlarda havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır.

Ötən günlərlə müqayisədə martın 13-də ölkə ərazisində havanın temperaturu 5-8 dərəcə enəcək. Bu axşamdan gecəyə doğru küləyin güclənəcəyi gözlənilir. Güclü külək martın 13-ü günün ikinci yarısınadək davam edəcək.

Bakıda və Abşeron yarımadasında bu gün havanın temperaturu günün birinci yarısında 12-15 dərəcə isti olduğu halda, sabah temperatur 5-7 dərəcədən yüksək olmayacaq.

Aran rayonlarında martın 13-də havanın temperaturunun gündüz saatlarında 5-10 dərəcə, dağlıq rayonlarda 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı ehtimalı var. Gözlənilən hava şəraiti mart ayı üçün normal sayılır.

Martın 15-dən isə ölkə ərazisində havanın temperaturu yüksələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti