...

Bakıda 15 dərəcəyədək isti olacaq

Cəmiyyət Materials 14 Mart 2014 12:18 (UTC +04:00)
Martın 15-i Azərbaycanda mülayim hava şəraiti üstünlük təşkil edəcək.
Bakıda 15 dərəcəyədək isti olacaq

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir İ.İsabalayeva/

Martın 15-i Azərbaycanda mülayim hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında martın 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı proqnozlaşdırılır. Gün ərzində yağmursuz keçəcək, lakin səhər yarımadanın bəzi yerlərində az çiskin olacaq. Mülayim cənub küləyi üstünlük təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında sabah havanın temperaturu gecə 5-8, gündüz 10-15 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində hava əsasən yağmursuz keçəcək, gecə və səhər duman olacaq, cənub küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 3-8, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti gözlənilir.

Yaxın iki gündə Abşeron yarımadasında hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti