...

"Aura" sağlamlıq mərkəzində kallanetika üzrə açıq dərs keçirildi

Cəmiyyət Materials 14 Aprel 2014 15:43 (UTC +04:00)
12 aprel 2014-cü il tarixində "Aura" sağlamlıq mərkəzində kallanetika üzrə açıq dərs keçirildi. Trend-in məlumatına görə, bu barədə Ata Holding-in bazar ertəsi yaydığı xəbərdə deyilir.
"Aura" sağlamlıq mərkəzində kallanetika üzrə açıq dərs keçirildi

Azərbaycan, Bakı, 14 aprel /Trend/

12 aprel 2014-cü il tarixində "Aura" sağlamlıq mərkəzində kallanetika üzrə açıq dərs keçirildi. Trend-in məlumatına görə, bu barədə Ata Holding-in bazar ertəsi yaydığı xəbərdə deyilir.

Kallanetika - formaca sakit gimnastikadır. Bu idman növü yüksək effektiv olaraq əzələlərin dartılmasına, çəkinin və bədən ölçülərinin azalmasına kömək edir. Orqanizmin immun sistemini fəallaşdırır.

Otelin Marketinq və Satış departamentinin direktoru Damla Bayık bildirdi ki, "Aura" Sağlamlıq mərkəzində kallanetika, pilates, aerobika və yoqa dərsləri peşəkar trenerlər tərəfindən keçilir. Şənbə və bazar günləri daxil olmaqla hər gün səhər saat 10:00-dan axşam saat 17:00-ə qədər vaxtı əhatə edən müddətdə qadınlar üçün "Aura" Sağlamlıq mərkəzinin bir aylıq abunə qiyməti 175 AZN, 3 aylıq abunə qiyməti 500 AZN, 6 aylıq abunə qiyməti 750 AZN və 1 illik abunə qiyməti 1175 AZN təşkil edir. "Aura" Sağlamlıq mərkəzinin üzvləri 3 yaşına qədər uşağı özləri ilə gətirə bilərlər. Abunə qiymətinə mərkəzin yoqa, kallanetika, pilates və aerobika dərslərində iştirak etmək də daxildir. 3 mərtəbəli "Aura" sağlamlıq mərkəzində peşəkar idmanla məşğul olmaq üçün hər bir şərait var.

"Aura" sağlamlıq mərkəzinin ikinci mərtəbəsində sahəsi ümumi sahəsi 3 500 kv.metr sahəsi olan trenajor zalı və idmanın boks növü ilə peşəkarcasına məşğul olmaq üçün zal fəaliyyət göstərir. Trenajor zalında bütün qrup əzələləri möhkəmləndirmək üçün 50-dən artıq müasir trenajor, ürək əzələlərini möhkəmləndirmək və artıq çəkidən azad olmaq üçün kardio trenajorlar quraşdırılıb. Qonaqlar kardio zonadakı trenajorlarda quraşdırılmış displeylərdə 30-a qədər televiziya kanalına baxa, və pulsuz internetə qoşula bilirlər. Eləcə də, açıq tennis kortu, spa-terapevtlərin xidmətləri, istirahət otaqları, qapalı və ilin isti vaxtlarında açıq havada işləyən 2 hovuz "Aura" klubunun daimi üzvlərinə və "Excelsior Hotel Baku" otelinin qonaqlarına xidmət edir. "Aura" Sağlamlıq mərkəzində kallanetika pilates dərsləri həftədə iki dəfə aparılır. "Excelsior Hotel Baku" otelinə 496 78 02 telefon nömrəsinə zəng edərək dərslər haqqında geniş məlumat almaq mümkündür.

Qeyd edək ki, "Excelsior Hotel Baku" oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. "Excelsior Hotel Baku" mehmanxanası 1 "İmperial" lüks, 2 "Royal" lüks, 4 "Crown" lüks, 45 "Heritage" deluks, 9 "Duke" standard otaqlar, iclas otaqları və biznes mərkəzləri, restoranlar, "Aura" sağlamlıq mərkəzindən və s. ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti