...

İranda Azərbaycan Tibb Universitetinin diplomlarının tanınması məsələsi müzakirə olunacaq

Cəmiyyət Materials 15 Aprel 2014 12:56 (UTC +04:00)
İranın səhiyyə nazirinin xüsusi nümayəndəsi və Təbriz Tibb Universitetin rektoru doktor Məhəmmədhüseyn Somi Bakıda səfərdədir.
İranda Azərbaycan Tibb Universitetinin diplomlarının tanınması məsələsi müzakirə olunacaq

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir T.Cəfərov/

İran səhiyyə nazirinin xüsusi nümayəndəsi və Təbriz Tibb Universitetinin rektoru doktor Məhəmmədhüseyn Somi Bakıda səfərdədir.

Trend-in İranın Azərbaycandakı səfirliyinə istinadən verdiyi məlumata görə, M.Somi səfər zamanı Azərbaycan Səhiyyə və Təhsil nazirliklərində görüşlər keçirəcək və Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovla görüşəcək.

Görüşlərdə Azərbaycanla İran arasında səhiyyə və təhsil sahələrində ikitərəfli əlaqələrin inkişafına dair müzakirələr aparılacaq. Görüşlərdə, həmçinin İranda Azərbaycan Tibb Universitetinin diplomlarının tanınması məsələsi də müzakirə olunacaq.

Üçgünlük səfər zamanı M.Somi İran və Azərbaycanın Tibb universitetləri arasında müəllim-tələbə mübadiləsi, müştərək seminarların təşkili kimi məsələləri də müzakirə edəcək.

M.Somi Bakıdan Naxçıvan Muxtar Respublikasına səfər edəcək və orada da bir sıra görüşlər keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti