...

Ötən ay Azərbaycanda 175 ədəddən çox mina tapılaraq zərərsizləşdirilib

Cəmiyyət Materials 8 May 2014 17:03 (UTC +04:00)
2014-cü ilin aprel ayı ərzində Azərbaycanda 3,274,394 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.
Ötən ay Azərbaycanda 175 ədəddən çox mina tapılaraq zərərsizləşdirilib

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir İ.İzzət/

2014-cü ilin aprel ayı ərzində Azərbaycanda 3,274,394 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, 256 PHS, 158 ədəd tank və 18 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 255,999,893 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 690,104-dür.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Göygöl, Göyçay, Beyləqan, Füzuli, Qəbələ, Xocavənd, Lənkaran, Naftalan, Tərtər, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu, Güzdək qəsəbəsində davam etdirilir.

2014-cü ilin aprel ayı ərzində 2 mina/PHS hadisəsi qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti