...

Taner Yıldız: Digər mədənçilərin xilas olmalarına ümid getdikcə azalır (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 14 May 2014 10:46 (UTC +04:00)
Digər mədənçilərin xilas olmalarına ümid getdikcə azalır. Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bəyan edib.
Taner Yıldız: Digər mədənçilərin xilas olmalarına ümid getdikcə azalır (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir R.Hafizoğlu/

Digər mədənçilərin xilas olmalarına ümid getdikcə azalır. Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bəyan edib. Trend-in məlumatına görə, xəbəri çərşənbə günü "TRT Naber" telekanalı yayıb.

Nazir onu da bildirib ki, yerin altında yanğın hələ də davam edir.

T.Yıldız bəyan edib ki, mədənçilərin xilas edilməsi üçün sona qədər mübarizə aparacaqlar.

Qeyd edək ki, Türkiyədə kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 201 nəfərə çatıb, yüzlərlə insan isə dağıntılar altında qalıb. Bu barədə ölkənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bəyan edib. Trend-in məlumatına görə, xəbəri "TRT Haber" yayıb.

Nazir qeyd edib ki, qəza vaxtı mədəndə 787 nəfər olub. Hələlik yalnız 363 mədənçi xilas edilib.

Daha əvvəl 166 nəfərin öldüyü bildirilirdi. Onların dəqiq sayını müəyyənləşdirmək çətindir, çünki partlayış növbə dəyişikliyi zamanı baş verib.

Faciə İstanbuldan 250 km cənubda, Manisa vilayətinin Soma şəhərində özəl şaxtalardan birində, yerin təxminən 2 km dərinliyində baş verib.

İlkin ehtimala görə, hadisəyə qısaqapanma səbəb olub, bu da yanğına və partlayışa gətirib çıxarıb. Partlayış yerində xilasetmə işləri aparılır.

Ölənlərin əksəriyyətinin dəm qazından zəhərləndiyi bildirilir. Hazırda xilasedicilər şaxtanı oksigenlə təmin edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti