Azərbaycan, Bakı, 16 may /Trend, müxbir İ.İzzət/
Bu gün Bakının mərkəzi prospektlərindən birində hərəkət tam dayandırılacaq. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
Onun sözlərinə görə, bu gün saat 11:00-dan etibarən paytaxtın Mikayıl Müşfiq küçəsinin Qurd Qapısı deyilən ərazidən Nəriman Nərimanov heykəlinə qədər olan hissəsində yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri aparılacaq. Bu səbəbdən adıçəkilən yolda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu axşam saat 22:00-dan etibarən isə yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri ilə əlaqədar Bakının Hüseyn Cavid prospektində hərəkət tam dayandırlacaq.
Sürücülərə narahatlıqla üzləşməmək üçün alternativ yollardan istifadə etmələri tövsiyə olunur.