...

Azərbaycanda sertifikatsız sement istehsalçısı barəsində iş qaldırılıb

Cəmiyyət Materials 22 May 2014 17:46 (UTC +04:00)
Sement bazarında monitorinqlər davam edir.
Azərbaycanda sertifikatsız sement istehsalçısı barəsində iş qaldırılıb

Azərbaycan, Bakı, 22 may /Trend/

Sement bazarında monitorinqlər davam edir.

İqtisadiyyat və Sənaye Nazirliyindən Trend-ə verilən məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Sumqayıt şəhəri, Bakı-Quba yolu ünvanında fəaliyyət göstərən "VAT" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan saxta 400 markalı sementlərin istehsal edildiyi müəyyən olunub.

Belə ki, yoxlama zamanı bu sementlərin müvafiq sertifikat olmadan istehsal edildiyi və onların markalanmasında məhsulların sertifikatlaşdırıldığı barədə istehlakçılara yanlış məlumat verildiyi aşkar edilib.

Yol verilən qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti tərəfindən "VAT" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti