...

İyunun 1-dən Azərbaycanda sərnişin qatarlarının hərəkət cədvəlində bəzi dəyişikliklər ediləcək

Cəmiyyət Materials 26 May 2014 08:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may / Trend /

2014-2015-ci illər üçün hərəkət cədvəlinə keçidlə bağlı, 1 iyun 2014-cü ildən etibarən "Azərbaycan Dəmir Yolları" QSC-nin respublikadan kənara hərəkət edən sərnişin qatarlarının hərəkət cədvəlində bəzi dəyişikliklər ediləcəkdir.

Trend "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat xidmətinə istinadən məlumat verir ki, 55/56 və 95/96 saylı Bakı-Moskva sürət qatarlarının yola düşmə, çatma vaxtları və Bakıdan yola düşmə günləri dəyişdirilir. 55/56 saylı Bakı-Moskva-Bakı sürət qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nə məxsus heyətlə Bakıdan həftənin IV günləri və 95/96 saylı Moskva-Bakı-Moskva sürət qatarı "Rusiya Dəmir Yolları" ASC-yə məxsus heyətlə Bakıdan həftənin II və VI günləri saat 0.30-da yola düşəcəklər.

Qatar Moskvaya saat 4.15-də çatacaq və saat 20.20-də Moskvadan yola düşəcək. 55/56 №-li Bakı-Moskva-Bakı sürət qatarı Bakıya çatma vaxtı həftənin II günləri saat 6.00-da, 95/96 saylı Bakı-Moskva sürət qatarı isə qatar həftənin I və V günlərin saat 6.00-da çatacaq.

369/370 saylı Bakı-Xarkov sərnişin qatarı ("ADY" QSC) qatarı ayın tarixləri ilə saat 21.50-də Bakıdan yola düşəcək, Bakıya isə saat 3.50-də çatacaqdır. Hər iki istiqamətdə müvəqqəti olaraq 369/370 Bakı-Xarkov-Bakı sərnişin qatarının marşrutu dəyişdirilmişdir.

Bununla əlaqədar olaraq, ləğv olunanadək Qorlovka, Konstantinovka, Kramatorsk, Slavyanskiy Kurort, Krasnıy Liman, Bukino stansiyalarına bilet satışı dayandırılır. Bilet satışı İlovaysk stansiyasından sonra yalnız Xarkov-sərnişin stansiyasına aparılacaq.

373/374 saylı Bakı-Tümen sərnişin qatarının ("Rusiya Dəmir Yolları" ASC) hərəkəti günaşırı öz hərəkət cədvəli və sxemi üzrə saxlanılır.

Qatarın tərkibində qoşma Çelyabinsk-Bakı, Ufa-Bakı, Samara-Bakı, Saratov-Bakı vaqonlar yeni trafaretlə hərəkət edəcəklər. Novosibirsk -Bakı birbaşa vaqonu il boyu, günaşırı təyin olunur. Yay mövsümündə yeni Orenburq-Bakı birbaşa vaqonu təyin olunur. 373/374 saylı Bakı-Tümen qatarının marşrutunda dəyişiklik ediləcəkdir. Bununla əlaqədar olaraq Volsk, Balakovo, Puqaçovsk stansiyalarına bilet satışını bağlanacaq və əvəzində Kulatka, Vozrojdeniye, Sızran-şəhər stansiyalarına bilet satışını təşkil ediləcək.

391/392 saylı Bakı-Rostov sərnişin qatarı ("Rusiya Dəmir Yolları" ASC) ayın tarixləri ilə saat 21.50-də Bakıdan yola düşəcək, saat 3.50-də Bakıya çatacaqdır.

38/37 saylı Bakı-Tbilisi sərnişin qatarı ("ADY" QSC) öz hərəkət cədvəli və sxemi üzrə hərəkət edəcək.

Yerli qatarlar:

98/97 №-li Bakı-Ağstafa-Qazax qatarı saat 22.45-də (22.05 əvəzinə) Bakıdan yola düşəcək və saat 10.25-də (9.40 əvəzinə) Qazaxa çatacaq. Qatar saat 18.35-də (19.05 əvəzinə) Qazaxdan yola düşəcək və saat 7.10-da (7.25 əvəzinə) Bakıya çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti