...

İnzibati Xətalar Məcəlləsinə növbəti dəyişikliklər qəbul edildi

Cəmiyyət Materials 30 May 2014 16:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir E.Mehdiyev/

Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə növbəti dəyişikliklər qəbul edilib.

Trend xəbər verir ki, dəyişikliklər barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Onun sözlərinə görə, dəyişikliklərə əsasən yerli özünüidarəetmə orqanlarının mülkiyyətində, bitkiçilik üzrə kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fiziki və ya hüquqi şəxslərin icarəsində, istifadəsində və ya mülkiyyətində olan torpaq sahələrində aşkar edilmiş tərkibində narkotik maddələr olan yabanı bitkilərin məhv edilməsi üzrə tədbirlər görülməməsinə görə fiziki şəxslər 150, vəzifəli şəxslər 400, hüquqi şəxslər isə 1000 manat miqdarında cərimə edilir.

Təklif olunan dəyişikliklərə görə eyni inzibati xətanı il ərzində təkrar törədən şəxslər istisna olmaqla, bu Məcəllənin 68-10-cu, 116.0.1-ci, 194-cü, 195-ci, 196.0.4-cü, 196.0.6-cı, 316-cı və 317.2-ci- 320-1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır.

Məcəlləyə dəyişikliklər səsverməyə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti