...

Bakıda bir gün ərzində 200-dən çox avtobus sürücüsü məsuliyyətə cəlb edilib

Cəmiyyət Materials 11 İyun 2014 16:05 (UTC +04:00)
Bakıda avtobus sürücülərinə qarşı keçirilmiş reyd zamanı 48 sərnişin avtobusunun istismarı qadağan edilib.
Bakıda bir gün ərzində 200-dən çox avtobus sürücüsü məsuliyyətə cəlb edilib

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir İ.İzzət/

Bakıda avtobus sürücülərinə qarşı keçirilmiş reyd zamanı 48 sərnişin avtobusunun istismarı qadağan edilib. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, iyunun 10-da yol polisi əməkdaşları tərəfindən Bakı şəhərinin 9 inzibati ərazisində avtobus sürücülərinə qarşı reydlər keçirilib.

Reyd zamanı işıqforun qırmızı işığında keçən 6, sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olan 2, sürücülük vəsiqəsi olmadan avtobusu idarə edən 18, müvafiq kateqoriya olmadan avtomobusu idarə edən 21, qoşa xəttin tələblərini pozaraq qarşı hərəkət zolağına çıxdığına görə 14, "giriş qadağandır" nişanının təsir zonasına daxil olan 11, yolayrıcı keçmə qaydalarını pozduğuna görə 19, yüksək tonlu səs siqnallarından istifadə etdiyinə görə 4 sürücü barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə cəlb ediliblər.

V.Əsədov qeyd edib ki, ən çox qayda pozuntusu dayanacaqdan kənarda, yolların hərəkət hissəsində, ikinci cərgədə dayanaraq sərnişin götürülməsi ilə bağlı olub ki, bu xətaların sayı 108 olub.

Bundan əlavə, taksi fəaliyyəti ilə məşğul olan sürücülər tərəfindən 101 halda avtobus dayanacaqlarının zəbt edilməsi qeydə alınıb və həmin sürücülər cərimələnib. Maraqlısı budur ki, onlardan 3 sürücü gün ərzində eyni xətanı təkrarən törətdiyinə görə 2 dəfə inzibati məsuliyətə cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti