...

Sabir Rüstəmxanlı: Bakıda "Rus kitab evi" olsa da, "Azərbaycan kitab evi" yoxdur

Cəmiyyət Materials 17 İyun 2014 13:54 (UTC +04:00)
Bu gün Bakıda "Rus kitab evi" olsa da, "Azərbaycan kitab evi" yoxdur. Trend-in məlumatına görə, bunu Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan Yazıçılar Birliyinin bu gün keçirilən XII qurultayında çıxışı zamanı deyib.
Sabir Rüstəmxanlı: Bakıda "Rus kitab evi" olsa da, "Azərbaycan kitab evi" yoxdur

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Bu gün Bakıda "Rus kitab evi" olsa da, "Azərbaycan kitab evi" yoxdur. Trend-in məlumatına görə, bunu Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan Yazıçılar Birliyinin bu gün keçirilən XII qurultayında çıxışı zamanı deyib.

O qeyd edib ki, bu gün kitab satışını bazar mühitinin ümidinə qoymaq olmaz, kitablara münasibəti dəyişmək lazımdır: "Ölkədə ən azı 4000 kitabxana var. Onların hər birinə 1 yeni çap edilən kitab verilsə, bu, 4000 kitab deməkdir".

Azərbaycanın ən yaxşı 40-50 bədii əsərinin ölkə Prezidentinin sərəncamı ilə yeni yaradılan Tərcümə Mərkəzi tərəfindən dünya dillərinə tərcümə olunmasını təklif edən S.Rüstəmxanlı qeyd edib ki, bu gün "Әdəbiyyat" dərsliklərinin dili bərbad gündədir. O, dərsliklərdə ciddi islahatların aparılmasına ehtiyac olduğunu da bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti