...

Azad Rəhimov vyetnamlı həmkarı ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 2 İyul 2014 17:44 (UTC +04:00)
Bu gün Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Vyetnamın mədəniyyət, idman və turizm naziri Hoanq Tuan Ahnın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Azad Rəhimov vyetnamlı həmkarı ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Vyetnamın mədəniyyət, idman və turizm naziri Hoanq Tuan Ahnın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycanda idman sahəsində görülən işlər, inşa edilməkdə olan obyektlər və Bakının 2015-ci ildə tarixdə ilk dəfə olaraq ev sahibliyi edəcəyi Avropa Olimpiya Oyunlarına hazırlığı barədə söz açılıb.

A.Rəhimov bildirib ki, Azərbaycanın daim çox güclü olduğu idman növləri olub: "Azərbaycan böyük ölkə olmasa da, beynəlxalq yarışların keçirilməsi üçün hər bir şərait var. Mən vyetnamlı idmançıları ölkəmizə məşqlərə, yarışlara dəvət edirəm".

Öz növbəsində, A.Rəhimova xoş münasibət üçün dərin təşəkkürünü bildirən vyetnamlı nazir H.T.Ahn Azərbaycanda istər idman, istərsə də gənclər sahələrinin çox sürətlə inkişaf etdiyini və Vyetnamın hər iki sahədə təcrübə mübadiləsinə şad olduğunu qeyd edib.

Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti