...

Azərbaycanda xarici vətəndaşlarla boşanmaların sayı 44,5 faiz artıb

Cəmiyyət Materials 3 İyul 2014 12:23 (UTC +04:00)
Azərbaycanda xarici vətəndaşlarla bağlanmış nikahlar zamanı boşanmaların sayı 44,5 faiz artıb.
Azərbaycanda xarici vətəndaşlarla boşanmaların sayı 44,5 faiz artıb

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda xarici vətəndaşlarla bağlanmış nikahlar zamanı boşanmaların sayı ötən il 44,5 faiz artıb.

Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, 2012-ci ildə belə boşanmaların sayı 146 olduğu halda, 2013-cü ildə 211 olub.

Əvvəlki illərdə isə bu boşanmaların sayı daha az olub. Azərbaycanda 2009-cu ildə xarici vətəndaşlarla bağlanmış nikahlar zamanı 75, 2010-cu ildə 78, 2011-ci ildə 76 boşanma halı qeydə alınıb.

Ümumilikdə ötən il ölkədə 86 892 nikah bağlanıb ki, onun da 2780-i xarici vətəndaşlarla olub.

Azərbaycanda xarici vətəndaşlarla bağlanmış nikahların sayında da əvvəlki illərlə müqayisədə artım qeydə alınıb. 2012-ci ildə Azərbaycanda xarici vətəndaşlarla 2688 nikah bağlandığı halda, 2011-ci ildə onların sayı 2696, 2010-cu ildə 2221, 2009-cu ildə 1731 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti