...

Azərbaycan yaxın 3 ildə cəbhə xətti yaxınlığında müəyyən olunmuş ərazilərin minalardan təmizlənməsini başa çatdıracaq

Cəmiyyət Materials 8 İyul 2014 11:36 (UTC +04:00)
Azərbaycan yaxın 3 il ərzində cəbhə xətti yaxınlığında müəyyən olunmuş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsini başa çatdıracaq.
Azərbaycan yaxın 3 ildə cəbhə xətti yaxınlığında müəyyən olunmuş ərazilərin minalardan təmizlənməsini başa çatdıracaq

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İlkin İzzət/

Azərbaycan yaxın 3 il ərzində cəbhə xətti yaxınlığında müəyyən olunmuş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsini başa çatdıracaq. Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov deyib.

Onun sözlərinə görə, ANAMA hazırda işğaldan azad edilmiş ərazilərlə yanaşı, keçmiş hərbi poliqonların və Sovet ordusu tərəfindən partladılmış hərbi bazaların ərazisində də təmizləmə işləri aparır.

N.İsmayılov Azərbaycanda əməliyyatların uğurla və itkisiz davam etdirildiyini deyib. O, bildirib ki, ANAMA-nın əməliyyatları tam olaraq milli potensialın cəlb edilməsi ilə aparılır. Bununla yanaşı, bəzi layihələr NATO, BMT İP, Avropa İttifaqı və digər təşkilatlar tərəfindən dəstəklənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti