...

ƏƏSMN tərəfindən sağlamlıq imkanları məhdud uşaqlar Latviyaya bərpa müalicəsinə göndərilib

Cəmiyyət Materials 10 İyul 2014 14:49 (UTC +04:00)
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 26 nəfər Latviya Respublikasına bərpa müalicəsinə yola salınıb.
ƏƏSMN tərəfindən sağlamlıq imkanları məhdud uşaqlar
Latviyaya bərpa müalicəsinə göndərilib

Azərbaycan, Bakı, 10 iyul /Trend/

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 26 nəfər Latviya Respublikasına bərpa müalicəsinə yola salınıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, həmin ölkənin Yurmala şəhərindəki "Vaivari" Milli Mərkəzində uşaqlara bərpa müalicə xidməti göstəriləcək. Mərkəzdə uşaqların sağlamlıq imkanları məhdudluğunun kəskin formalarının aradan qaldırılmasına yönələn səmərəli fizioterapevtik müalicə üsulları tətbiq olunur.

Cari ilin aprelindən "Vaivari" Milli Mərkəzinə ümumilikdə 86 nəfər sağlamlıq imkanları məhdud uşaq yola salınıb. Bu ay ərzində daha 20 nəfər uşağın həmin mərkəzə göndərilməsi planlaşdırılır. Beləliklə, cari il ərzində ötən illə müqayisədə 35 faiz çox, yəni 106 nəfər bu qəbildən olan uşağın xaricdə bərpa müalicəsi nəzərdə tutulub.
Uşaqlar valideynlərindən birinin müşaiyəti ilə xaricə yola salınır.

Uşaqların və valideynlərinin adıgedən mərkəzdə yerləşməsinə, orada bərpa müalicə xidmətinin təşkilinə nəzarət etmək, habelə müvafiq reabilitasiya təcrübəsinin öyrənilməsi məqsədilə ƏƏSMN aidiyyatı struktur bölmələrindən olan əməkdaşlar da Latviyaya ezam olunurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti