...

Səhiyyə Nazirliyi 300-ə yaxın sahibkarı cərimələyib

Cəmiyyət Materials 15 İyul 2014 15:16 (UTC +04:00)
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti sahəsində işləyən 291 sahibkar inzibati qaydada cərimələnib.
Səhiyyə Nazirliyi 300-ə yaxın sahibkarı cərimələyib

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti sahəsində işləyən 291 sahibkar inzibati qaydada cərimələnib.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) Trend-ə verilən məlumata görə, sahibkarlar yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozduğu, laboratoriya müayinələri gigiyenik normalara cavab verməyən məhsullar istehsal etdiyi üçün cərimələniblər. Bu müddətdə 57 nəfər barədə materiallar inzibati orqanlara verilib.

Hesabat müddətində 76 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 73 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 2782, mikrobioloji göstəricilərinə görə 2635, toksikoloji göstəricilərinə görə 617, radioloji göstəricilərinə görə isə 79 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 54-də orqanoleptik və fiziki-kimyəvi, 39-da mikrobioloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən olunub.

Bu ilin yanvar-iyun ayları əzində iaşə müəssisələrindən 7246 yaxma nümunəsi götürülüb. Yaxma nümunələrinin 85-də bağırsaq çöpləri normadan artıq olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti