...

Mehmet Müəzzinoğlu: Türkiyə erkən nikahlarla mübarizəni davam etdirəcək

Cəmiyyət Materials 6 Avqust 2014 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə əsas sosial problemlərdən biri olan erkən nikahlarla mübarizəni davam etdirəcək. Bunun Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu bəyan edib. Bu barədə Trend çərşənbə günü "Milliyyət" qəzetinə istinadən xəbər yayıb.

Onun sözlərinə görə, Türkiyədə görülən bütün tədbirlərə baxmayaraq, erkən nikahlar problemi öz aktuallığının itirməyib.

Nazir bildirib ki, 2007-ci ildən bu günədək Türkiyədə 91 208 erkən nikah bağlanıb.

Onun sözlərinə görə, Türkiyədə bağlanan erkən nikaharın sayına görə İstanbul (2007-ci ildən bəri 6 586 nikah), İzmir (5 714) və Adana (5 181) liderlik edirlər.

Bu ilin mayında ailə məsələləri və sosial siyasət naziri Ayşenur İslam bəyan etmişdi ki, uşaqlara qarşı cinsi zorakılığa görə cəzalar sərtləşdirilib.

Nazir qeyd etmişdi ki, Türkiyədə bütün cəmiyyət uşaqlara qarşı cinsi zorakılığa qarşı mübarizə aparmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti