Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/
Bu il 50 mindən çox insan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) xətti ilə müxtəlif sanatoriyalara istirahətə göndərilib. Trend-in məlumatına görə, bu barədə AHİK sədri Səttar Mehbalıyev jurnalistlərə deyib.
S.Mehbalıyev qeyd edib ki, bu, son rəqəm deyil, hələ də göndərişlər davam edir: "Yeni tədris ili başladığı üçün ailəvi istirahətə göndərişlər demək olar ki, dayandırılıb. Çünki uşaqlar məktəbə getdikləri üçün ailələr uşaqları ilə birgə istirahətə gedə bilmirlər".
S.Mehbalıyev əlavə edib ki, fərdi qaydada göndərişlər hələ də davam edir: "Həmkarlar İttifaqları Konfederasiyasından əlavə olaraq, həmkarlar təşkilatları da işçilərini fərdi qaydada istirahətə göndərirlər".