...

"Azərbaycan dünya üçün multikulturalizmin mütərəqqi və müsbət nümunəsidir"

Cəmiyyət Materials 12 Noyabr 2014 11:03 (UTC +04:00)
Azərbaycan dünya üçün multikulturalizmin mütərəqqi və müsbət nümunəsidir. Trend-in məlumatına görə, bu barədə effective.news xəbər saytında dərc olunan məqalədə deyilir.
"Azərbaycan dünya üçün multikulturalizmin mütərəqqi və müsbət nümunəsidir"

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir Səbinə Əhmədova/

Azərbaycan dünya üçün multikulturalizmin mütərəqqi və müsbət nümunəsidir. Trend-in məlumatına görə, bu barədə effective.news xəbər saytında dərc olunan məqalədə deyilir.

Məqalədə qeyd olunur ki, Şərq və Qərbin kəsişməsində yerləşən Azərbaycanda multikultural cəmiyyət mövcuddur: "Əsrlər boyu azərbaycanlılar çox müxtəlif dini mənşə və etnik qruplardan olan insanlarla birgə sülh və harmoniya şəraitində yaşayıb və Azərbaycan dünyanın beş ən tolerant ölkəsindən biri hesab olunur. Bu fakt bir çoxlarının Azərbaycanın dünya üçün etnik və dini tolerantlıq nümunəsi olduğuna inanmasına gətirib çıxartdı".

Məqalədə bildirilir ki, Avropa Parlamentinin 2013-cü ildə dərc etdiyi hesabatında vurğulanıb ki, Azərbaycanda dini tolerantlıq çox yüksək səviyyəyə çatıb: "Avropa Parlamenti üçün "Azərbaycanda dini azlıqlar: tarixdən müstəqilliyə" adlı hesabat hazırlayan Beynəlxalq Sərhədsiz İnsan Haqları Təşkilatı rəhbərinin sözlərinə görə, araşdırmalar çərçivəsində Azərbaycanda şərqi ortodoks, yəhudi, protestant və udi icmaları bildiriblər ki, Azərbaycan hökuməti, eləcə də xalqı onların dini qrupuna qarşı dostluq, dəstək və tolerantlığın ən yüksək səviyyəsini göstərib. Onlar əlavə ediblər ki, icmaları Azərbaycanda özlərini həmişə rahat və təhlükəsiz hiss ediblər".

Məqalədə vurğulanır ki, ölkə əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, Azərbaycan Konstitusiyasında aydın şəkildə dini azadlığa zəmanət verilir və qeyd olunur ki, Azərbaycan dövləti tamamilə hər bir dindən ayrı dünyəvi respublikadır. Bu gün Azərbaycanda dini qruplar çox müxtəlifdir və ölkə bir çox etnik qrupların ev sahibidir: "Misal üçün, Azərbaycan Vatikan ilə dostluq əlaqələri qurub. Prezident İlham Əliyev də bunun davam etməsinə sadiq qalır. Vatikanın xarici işlər naziri Covanni Layolo Azərbaycan və Vatikan arasında dostluq əlaqələrinin səviyyəsindən razı olduğunu bildirib. O, qeyd edib ki, ölkə bir çox dinlərin və mədəniyyətlərin birləşdiyi yerdir. Azərbaycan Prezidenti İlham Əliyev də bəyanatlarının birində vurğulayıb ki, müstəqil Azərbaycanın nailiyyətlərindən biri də odur ki, bütün etnik qruplardan və dinlərdən olan insanlar burada eyni hüquqlara malik böyük bir ailə kimi yaşayır".

Məqalədə bildirilir ki, görünür, Azərbaycan etnik azlıqların əsrlər boyu inkişaf edən tolerantlıqdan zövq aldığı ölkədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti