İran, Urmiyyə, 24 noyabr /Trend, xüsusi müxbir Təmkin Cəfərov /
Poldəşt sərhəd-keçid məntəqəsində yeni terminal tikilir və yaxın altı ay ərzində istifadəyə veriləcək. Trend-in məlumatına görə, bu sözləri Poldəşt şəhərinin başçısı Əkbər Abdullahnejad İranda səfərdə olan Azərbaycanlı jurnalistlərə deyib.
Ə. Abdullahnejad deyib ki, Poldəşt-Şahtaxtı sərhəd keçid məntəqəsi vasitəsi ilə yük daşımalarının həcminin artırılmasına çalışırıq. "Hazırda bu məqsədlə infrastrukturun qurulması işləri gedir və 6 ay ərzində terminal və inzibati bina tamamamlanacaq və tranzit maşınları üçün sərhəddən gediş-gəliş üçün əlverilişli şərait yaranacaq."
O deyib ki, Poldəşt sərhəd-keçid məntəqəsində yeni terminalın və inzibati binanın tikilməsi üçün 7 milyon dollar həcmində sərmayə yatırıılıb və 14400 kvadrat metr ərazidə tikinti işləri aparılır.
Ə.Abdullahnejad bildirib ki, Azərbaycan İran üçün yaxşı qonşu ölkədir. İki ölkə arasında əlaqələr bundan əvvəl də yaxşı olub və əlaqələrin bundan sonra da yaxşı inkişaf etməsinə bir neçə amil səbəbdir, onlardan biri də iki ölkənin xalqalarını bir birinə bağlayan mədəni və ictimai bağlardır.
O deyib ki, hazırda Naxçıvan MR-dan Poldəşt keşid məntəqəsi vasitəsi ilə 200-nəfərdən çox şəxs İrana keçir. "Ötən il İrana gələn Naxçıvan MR vətəndaşları özləri ilə 1 milyon 200 min dollar həcmində yük aparıblar. Cari ildə isə indiyədək bu rəqəm 800 min dollar həcmindədir."
Poldəştdən Naxçıvana əsasən meyvə, tərəvəz, tikinti materilları və ərzaq məhsulları ixrac olunur.