...

BMT-nin İnkişaf Proqramının nümayəndəsi: Ermənistan əməkdaşlığa razılıq vermədi

Cəmiyyət Materials 25 Noyabr 2014 13:53 (UTC +04:00)
Azərbaycan hidrosiyasi problemlərin həlli məqsədilə transsərhəd əməkdaşlıq sahəsində lider dövlətə çevrilib.
BMT-nin İnkişaf Proqramının nümayəndəsi: Ermənistan əməkdaşlığa razılıq vermədi

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycan hidrosiyasi problemlərin həlli məqsədilə transsərhəd əməkdaşlıq sahəsində lider dövlətə çevrilib. Çünki su ehtiyatlarının olması iqtisadi və sosial inkişaf baxımdan hər bir dövlət üçün mühüm əhəmiyyət daşıyır. Trend xəbər verir ki, bunu BMT-nin İnkişaf Proqramının Kür çayı üzrə layihəsinin 2011-2014-cü illər üçün ABŞ-dan olan beynəlxalq əlaqələndiricisi xanım Meri Metyu Bakıda "Qlobal və regional hidrosiyasi problemlər beynəlxalq əməkdaşlıq və təhlükəsizik kontekstində" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

"Kür çayı hövzəsində su ehtiyatlarının birgə idarə edilməsi ilə transsərhəd əməkdaşlığın qurulması" mövzusunda çıxış edən Meri Metyu bildirib ki, Azərbaycan hidrosiyasi problemlərin həlli sahəsində əməkdaşlıqda bütün dünya üçün qlobal model ola bilər.

Onun sözlərinə görə, BMT-nin İnkişaf Proqramı burada dövlət qurumları ilə gözəl əməkdaşlığa nail olub: "Azərbaycanın regionda xüsusi rolu var. Azərbaycan regionda rolu getdikcə artan vacib dövlətdir. Ona görə də bu ölkə üçün su resurslarının paylanması və idarə edilməsi sahəsində transsərhəd əməkdaşlığın genişləndirilməsinin mühüm əhəmiyyəti var. Ona görə də Azərbaycan bu məsələdə regionda müsbət baxımdan aqressiv mövqe tutub. Azərbaycan regionda yeganə dövlətdir ki, əhalisi yüksək templə artır. Gürcüstan və Ermənstanda isə əhali ya aşağı sürətlə artır və ya azalır. Lakin su məsələsində Azərbaycan yuxarı axın ölkələrinin təsirinə məruz qalır".

M.Metyu qeyd edib ki, Kür çayı hövzəsində su ehtiyatlarının birgə idarə edilməsi ilə transsərhəd əməkdaşlığın qurulması ilə bağlı işçi qrup yaradılıb və bir neçə məsələ araşdırılıb: "Transsərhəd əməkdaşlığı çərçivəsində Gürcüstanla araşdırma apardıq. Ermənistan isə bu əməkdaşlığa razılıq vermədi".

BMT-nin İnkişaf Proqramının nümayəndəsi qeyd edib ki, Kür hövzəsi ölkələrinin su ehtiyatlarının birgə idarə edilməsi üçün Fəaliyyət Planı hazırlanıb. Plan Azərbaycan hökuməti tərəfindən təsdiqlənib, artıq onun icrasına başlanmaq üzrədir.

Layihə əlaqələndiricinin sözlərinə görə, BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən layihənin növbəti hissəsi 2015-2018-ci illəri əhatə edəcək. Bu yaxınlarda Dünya Bankı ilə 4 illik layihə çərçivəsində Azərbaycan və Gürcüstan üçün 6 milyonluq qrant da təsdiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti