Azərbaycanda insan alveri, soyğunçuluq və digər cinayətlərə görə axtarılanların tutulma göstəriciləri yüksəlib

Azərbaycanda insan alveri, soyğunçuluq və digər cinayətlərə görə axtarılanların tutulma göstəriciləri yüksəlib

Azərbaycan, Bakı, 2 dekabr /Trend/

Bu gün Daxili İşlər Nazirliyində (DİN) "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə"nin və "Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı, tanınması mümkün olmayan meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi"nin vəziyyətinə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan məsələlərin xidməti fəaliyyətin mühüm sahələrini əhatə etdiyini, insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının etibarlı təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib, göstərilən istiqamətlərdə fəaliyyətin təkmilləşdirilməsinin, qanunvericilik aktlarının, o cümlədən Dövlət proqramlarının tələblərinə uyğun qurulmasının, əməliyyat-xidməti fəaliyyətdə qabaqcıl beynəlxalq təcrübənin tətbiqinin qarşıda duran əsas vəzifələrdən olduğunu bildirib.

Qeyd olunub ki, cari ilin ötən dövründə daxili işlər orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər bütövlükdə qənaətbəxş olub, əldə edilmiş müsbət təmayüllər cari ilin 11 ayında da qorunub-saxlanılıb. Polisin əsas vəzifələrindən biri olan narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması və təqsirləndirilən şəxslərin axtarışının təşkili üzrə də davamlı iş aparılır, bu sahədə görülən işlər Kollegiya iclaslarında və əməliyyat müşavirələrində geniş müzakirə olunur, fəaliyyətin daha da yaxşılaşdırılması üçün yerlərə lazımi göstərişlər verilir, əməli köməklik göstərilir.

Nazir son illər hər iki istiqamətdə işin daha səmərəli yerinə yetirildiyini, lakin əldə edilmiş nəticələrin reallığı tam əks etdirmədiyini, uğurlarla yanaşı, ayrı-ayrı ərazi polis orqanlarının fəaliyyətində hələ də ciddi nöqsan və çatışmazlıqların mövcudluğunu diqqətə çatdırıb.

Gündəlikdəki ikinci məsələ barədə məruzə ilə çıxış edən Baş Cinayət-Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski deyib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə tutulmuş şəxslərin sayı 6 faiz çox olmaqla axtarışın nəticəsi 60,2 faiz, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 34,1 faiz təşkil edib. İnsan alveri, soyğunçuluq, mənimsəmə və israf etmə cinayətlərinə görə axtarılanların tutulma göstəriciləri orta hesabla 7 faiz yüksəlib. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 68, bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 27 şəxsin yeri müəyyən olunub.

İtkin düşmüş şəxslərin axtarışının həyata keçirilməsi istiqamətində də müəyyən işlər görülüb. Ötən ilin 10 ayında itkin düşənlərin 70 faizinin yeri müəyyən edilib, habelə bir nəfərin cinayətin qurbanı olması faktı üzrə cinayət işi başlanıb.

Hər iki məruzə ətrafında çıxış edənlər görülmüş işlərdən, əldə olunmuş uğurlardan, eyni zamanda, xidməti fəaliyyətdə yol verilmiş nöqsan və çatışmazlıqlardan, onların aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdən danışıblar.

İclasa yekun vuran nazir gündəlikdəki məsələlər üzrə görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu, eyni zamanda, bəzi ərazi orqanlarında mövcud nöqsanların aradan qaldırılmasını, ilin sonunadək bu istiqamətlərdə əsaslı dönüş yaradılmasını tələb edib, konkret tapşırıq və tövsiyələrini verib.

O, narkotik vasitələrin qeyri-qanuni yollarla respublikamıza gətirilməsinin qarşısının alınması, yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın gücləndirilməsi baxımından ərazi polis orqanları, aidiyyəti dövlət qurumlarının nümayəndələri və müvafiq sahənin mütəxəssisləri ilə birgə narkomanlığın cəmiyyətə və insanların sağlamlığına zərəri, doğurduğu fəsadlar barədə ayrı-ayrı əmək kollektivlərində, orta ixtisas və ali təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Qeyd olunub ki, "ağ ölüm"ə qarşı səmərəli mübarizə yalnız kompleks şəkildə həyata keçirilən belə əməkdaşlıq sayəsində aparıla bilər.

Daxili işlər naziri Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü, ardıcıl şəkildə həyata keçirdiyi hüquq-mühafizə siyasəti, şəxsi heyətə göstərdiyi yüksək qayğı nəticəsində ölkəmizdə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində bir sıra uğurlar əldə edildiyini xatırladaraq hər bir əməkdaşın bu ali diqqətə layiqli cavab verməsinin vacibliyini vurğulayıb.

İlin başa çatmasına bir ay qaldığını diqqətə çatdıran R.Usubov cinayətkarlığa qarşı mübarizədə səylərin daha da artırılmasının, narkotiklərin qanunsuz dövriyyəsi, axtarışda olanların tutulması işinə bütün qüvvə və imkanların səfərbər olunmasının, əməliyyat-xidməti fəaliyyətin səmərəliyinin yüksəldilməsinin əhəmiyyətini qeyd edib.

Nazir əmin olduğunu bildirib ki, şəxsi heyət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcək, sabitliyin, əmin-amanlığın, habelə dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcək, həmişə olduğu kimi, cari ili də yüksək göstəricilərlə başa vuracaq.

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Xarici İşlər naziri Ceyhun Bayramov “Hədəf”in suallarını cavablandırıb
Xarici İşlər naziri Ceyhun Bayramov “Hədəf”in suallarını cavablandırıb
İdman yarışlarına icazə verilir
İdman yarışlarına icazə verilir
Loading Bars
Xəbər lenti
Hindistanda təyyarə sərt eniş edib, 20 nəfər ölüb
Türkiyədə 4,6 bal gücündə zəlzələ baş verib
"Mançester Siti" Çempionlar Liqasının 1/4 finalına yüksəlib
Batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas olunub
Türkiyədə koronavirusdan sağalanların sayı 221 min nəfəri ötüb
Vaqif Dərgahlı: Sarqsyan öz canını qurtarmaq üçün çürük saman çöpündən yapışır
Bakıda 13 yaşlı oğlan dənizdə batıb
SOCAR Hacıqabulda qaz kəmərində baş verən partlayışın ilkin səbəbini açıqlayıb (ƏLAVƏ OLUNUB)
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Xarici İşlər naziri Ceyhun Bayramov “Hədəf”in suallarını cavablandırıb
Hacıqabulda partlayış baş verib (VİDEO)
İdman yarışlarına icazə verilir
Sərt karantin rejimi tətbiq edilən şəhər və rayonlara giriş-çıxışa necə icazə veriləcək? - RƏSMİ
Nazirlər Kabineti 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərar verib
İşçi sayına tətbiq edilən 50 faizlik məhdudiyyət ləğv edilir
Sərt karantin rejiminin tətbiq edildiyi rayonlarda fəaliyyətinə icazə veriləcək sahələr - SİYAHI
Azərbaycanda xüsusi karantin rejimi növbəti dəfə yumşaldılır
Macarıstanın Baş naziri qeyri-leqal miqrantları "bioloji silah" adlandırdı
Sahibkarlıq subyektlərində növbəti nəzarət tədbirləri keçirilib
Bank Respublika Neftçala sakinlərinə içməli su təminatı ilə bağlı dəstək oldu! (FOTO)
Pandemiyanın ölkənin sosial-iqtisadi həyatına təsirlərinin minimumlaşdırılması davamlı xarakter daşıyır - Azər Badamov
“Qobu park-3"də məcburi köçkünlərin yerləşdirilməsi başa çatmaq üzrədir
SOCAR-ın rəhbər şurası ölkə başçısının çıxışından irəli gələn vəzifələri müzakirə edib (FOTO)
Bakı-Pirşağı-Sumqayıt-Bakı xəttinə əlavə qatarlar buraxılır
“TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir (VİDEO)
Fransalı ekspert: Livandakı partlayış neft bazarına təsir etməyəcək
Neftçalada xəstə olmayan adamlara saxta arayış satan baş həkim tutuldu (VİDEO)
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə start verilir
Yol polisi paytaxtdan rayonlara getməyə cəhd edənlərə müraciət etdi
FHN Sumqayıtda zavodda baş verən yanğınla bağlı məlumat yayıb
BNA: Yollardakı sıxlıq avtobusların intervalına mənfi təsir edir (FOTO)
Bəxtiyar Əliyev: Pandemiyaya baxmayaraq, ölkə iqtisadiyyatının dayanıqlılığı və əhalinin sosial müdafiəsi təmin olunub
Rusiyada şərablı dondurma istehsal edilib
Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
AQTA 103 obyektdə nöqsan aşkarladı
Roma papası Livana maliyyə yardımı edib
BFB qiymətli kağızlar üzrə keçirilən əməliyyatların həcmini açıqlayıb
Qabiliyyət imtahanı verəcək abituriyentlərin qeydiyyatına başlanılır
Pandemiyadan zərər çəkmiş sahibkarlara Azərbaycan Beynəlxalq Bankından güzəştli kredit
Bu il baş verən yanğınlarda 23 nəfər həlak olub
Peşə məktəblərinə tələbə qəbulunun vaxtı açıqlanıb
Avqustun 10-da dolların manata qarşı məzənnəsi
“Vətənin müdafiəsinə hazırıq” adlı onlayn görüş keçirilib
Ərdoğan: Beyrutda partlayış nəticəsində yaralananlar Türkiyədə müalicə oluna bilərlər
Sabahdan Bakıda ictimai nəqliyyatın hərəkəti dayandırılır
Zirə qəsəbəsinin yaşayış massivləri qazlaşdırılır (FOTO)
AzTV-nin yeni sosial çarxı - "Mən səni Azərbaycan qədər sevirəm" (VİDEO)
Polis paytaxtda reydlər keçirib
Ölkə ərazisinə 30 kiloqramdan çox narkotik vasitənin gətirilməsinin qarşısı alındı (FOTO/VİDEO)
Azərbaycanda pandemiya ilə mübarizə tədbirləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilib
Şəhid vərəsələrinə birdəfəlik ödəmə proqramı 100 faizə yaxın icra olunub
SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə keçirilir
Azərbaycanda koronavirusa yoluxanların sayı 129-a qədər azalıb, 421 nəfər isə sağalıb
Azərbaycanda dövlət qeydiyyatına alınmış dini qurumların sayı açıqlandı
Hakimliyə namizədlər yazılı imtahan veriblər
21 adda dini kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb
Vüqar Rəhimzadə: Şəffaflıq biznes mühitinin yaxşılaşdırılmasında mühüm amildir
ÜST Livana 15 milyon dollar yardım üçün dünya ictimaiyyətinə müraciət etdi
"AccessBank”ın simaları - İnformasiya Texnologiyaları Departamentinin rəhbəri Zəhra Zeynalova: Xanımlar işlərinə daha sadiqdirlər (FOTO)
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub
Kamaləddin Qafarov: Yeni idarəetmə sisteminə keçid iqtisadi islahatların növbəti mərhələsidir
Neftçalada Kürdə batan gəncin meyiti tapılıb
Mikayıl Cabbarov sahibkarlarla onlayn görüş keçirib (FOTO)
Hərbi hissələrdə ideoloji işə həsr edilən tədbirlər keçirilib (FOTO/VİDEO)
Komitə: Xaricdə azərbaycanlılara qarşı təxribat törədən ermənilərdən həbs edilənlər var
COVID-19-un ürəyə təsiri elmi tədqiqatlarla sübut edildi
Bakıda qəza: Avtobuslar gecikdi (FOTO)
Cənubi Koreya prezidenti ölkənin 7 regionunu “xüsusi təbii fəlakət zonası” elan edib
Beyləqanda əxlaqsız yuva aşkar edilib
Bakıda və bölgələrdə "od tutub yanan" bağ evi qiymətləri
Azərbaycan İnvestisiya Holdinqi yaradılır - Fərman
Hindistanda koronavirusa yoluxanların sayı 2 milyon nəfəri keçib
PAŞA Sığorta KASKO sığortası əldə etmək istəyən müştərilər üçün rahat ödəniş planı təklif edir!
Azərbaycan ağır pandemiya dövründə həm də sosial dövlətçilik siyasətini möhkəm ənənəyə çevirə bilmiş ölkə kimi tanındı - Ekspert
Yusif Səfərov küçəsində yeni yol qovşağının yaradılması işləri yekunlaşır (FOTO)
İranda koronavirusdan ölənlərin sayı 18 mini ötüb
Sumqayıtda zavodda baş verən yanğın söndürülüb
Azərbaycan nefti ucuzlaşıb
Rusiyada koronavirusa yoluxanların sayı 877 mini keçib
Ermənistanın Serbiya istehsalı olan silahlardan istifadə etməsinin araşdırılması ilə bağlı nümayəndə heyəti göndəriləcək
Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq
Rinqə qondarma rejimin bayrağı ilə çıxan erməni idmançı cəzalandırıldı
Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü ilə əlaqədar BMT-nin Baş katibinə məktub göndərilib
Serbiya Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib
Şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsinə böyük diqqət yetirilir - Deputat
Mark Zukerberqin varidatı ilk dəfə 100 milyard dolları keçib
Biləsuvar sakini qohumu tərəfindən qətlə yetirilib
Kürdə 1 nəfər batıb
13 və 14 avqustda keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki açıqlanıb
Cəlilabadda karantini pozan iki kafe aşkarlandı
Sumqayıtda baş verən yanğının ilkin səbəbləri açıqlanıb - RƏSMİ
Sumqayıtdakı yanğında yaralanların 6-sı Bakıya gətirilib (YENİLƏNİB)
Əliağa Vahidin 125 illiyi münasibətilə poçt markası buraxılıb (FOTO)
Azərbaycanda restoranı “zooparka” çevirən sahibkar cəzalandırıldı
Nazir: İl ərzində çox az vətəndaş iş yerini müəssisənin ləğvi, ixtisar və öz ərizəsi olmadan itirir
Pensiyaçıların yaşayış minimumundan bir neçə dəfə artıq pensiya almasını hədəfləyirik - Sahil Babayev
Prokurorluq orqanlarına sənəd qəbulu davam etdirilir
Nicat Hacızadə: Korporativ idarəetmə iqtisadi səmərəliliyi artıracaq
13 min nəfərin 190 manatlıq ödənişi dayandırılıb - Nazir
Məhbuslar arasında xəstəlikdən ölüm halları azalıb
Bütün xəbərlər