Azərbaycan, Bakı, 12 dekabr /Trend/
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş direktoru Nazim İsmayılov vəfat edib. Bu barədə Trend məlumat verir.
N.İsmayılov uzun sürən xəstəlikdən sonra axşam saatlarında dünyasını dəyişib.
N.İsmayılov 1998-ci ildən ANAMA-ya rəhbərlik edib.
O, fəaliyyətinə görə dövlət mükafatları ilə təltif olunub.
Allah rəhmət eləsin!