Azərbaycan, Bakı, 15 yanvar /Trend/
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev 22 yanvar 2015-ci il tarixdə, saat 11:00-da DSMF-nin Xaçmaz rayon şöbəsinin inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.
Fonddan Trend-ə verilən məlumata görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:
Fondun Aparatında (012) 434-12-34
Xaçmaz rayon şöbəsində (02332) 5-05-25
Quba rayon şöbəsində (02333) 5-26-15
Qusar rayon şöbəsində (02338) 5-40-94
Şabran rayon şöbəsində (02335) 3-39-48
Siyəzən rayon şöbəsində (02330) 4-09-04
Qəbulda iştirak edəcək vətəndaşların yanvarın 22-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.