...

"Qafqazinfo" internet portalı güclü haker hücumuna məruz qalıb

Cəmiyyət Materials 23 Yanvar 2015 17:37 (UTC +04:00)
"Qafqazinfo" internet portalı güclü haker hücumuna məruz qalıb.
"Qafqazinfo" internet portalı güclü haker hücumuna məruz qalıb

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

"Qafqazinfo" internet portalı güclü haker hücumuna məruz qalıb. Bu barədə Trend-ə "Qafqazinfo" internet portalının baş direktoru Elbrus Ərud məlumat verib.

Onun sözlərinə görə, artıq yarım saatdır haker hücumu başlayıb və hələ də davam edir: "Bu günə qədər sayta belə güclü haker hücumu olmamışdı. Hazırda saytın bərpası üçün tədbirlər görülür".

Qeyd edək ki, hazırda sayt fəaliyyət göstərə bilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti