...

Вakının Səbail rayonunda qaz sayğacları koddan çıxarılır

Cəmiyyət Materials 9 Fevral 2015 14:40 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “Azəriqaz” İstehsalat Birliyi daxil olan müraciətlər əsasında Bakının Səbail rayonunda abonentlərin koda düşmüş qaz sayğaclarının açılmasını həyata keçirir.
Вakının Səbail rayonunda  qaz sayğacları koddan çıxarılır

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir Emil İsmayılov/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyi daxil olan müraciətlər əsasında Bakının Səbail rayonunda abonentlərin koda düşmüş qaz sayğaclarının açılmasını həyata keçirir. Bu barədə bazar ertəsi Trend-ə İB-dən bildiriblər.

Deyildiyi kimi, dünən təmir işlərinin aparılması ilə əlaqədar Səbail rayonunun böyük hissəsinə qazın verilişi məhdudlaşdırılıb, onun bərpasından sonra isə bəzi abonentlərin qaz sаyğacları avtomatik koda düşüb.

İB planlı işlərin aparılması zamanı qaz verilişində məhdudiyyətlərin olacağı ilə bağlı qabaqcadan məlumat verir: "Lakin bir faktı nəzərə almamaq olmaz ki, abonent heç də həmişə planlı işlərdən xəbərdar olmur və qazı açıq qoyur ki, bu da mənfi nəticələrə və bədbəxt halların baş verməsinə səbəb olur. Bunun qarşısını almaq üçün qazın bağlanması zamanı müəyyən prosedurun yerinə yetirilmədiyi halda [ümumi ventilin bağlanmaması və s.] sayğac avtomatik koda düşür, bununla da qazın abonentə daxil olması məhdudlaşır. Bu, abonentlərimizn təhlükəsizliyinin təmin olunması üçün vücibdir".

İB-dən deyiblər ki, abonent belə problemlə üzləşdiyi halda yerli qaz istismarı idarəsinə və ya 185 saylı telefona müraciət etməlidir: "Müraciət qeydiyyatdan keçdikdən sonra İB işçiləri ən qısa müddətdə sayğaçı koddan çıxaracaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti