...

"Avtoş"luğun sonu - həbsə düşənlər (FOTO)

Cəmiyyət Materials 21 Fevral 2015 15:49 (UTC +04:00)
Trend-in məlumatına görə, onların hər biri Bakının müxtəlif rayonlarının məhkəmələri tərəfindən çıxarılmış qərara əsasən, 5 sutkadan 30 sutkaya qədər inzibati həbslə cəzalandırılıblar.
"Avtoş"luğun sonu - həbsə düşənlər (FOTO)

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir İlkin İzzət/

Bu gün bir qrup jurnalist Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma yerində avtoxuliqanlıq, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə və sürücülük vəsiqəsi olmadan idarə edən, eləcə də yol polisinin qanuni saxlama əmrini yerinə yetirmədiyi üçün həbs olunan 14 nəfərlə görüşüb.

Trend-in məlumatına görə, onların hər biri Bakının müxtəlif rayonlarının məhkəmələri tərəfindən çıxarılmış qərara əsasən, 5 sutkadan 30 sutkaya qədər inzibati həbslə cəzalandırılıblar.

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, burada saxlanılan şəxslər yol polisinin gündəlik fəaliyyəti nəticəsində aşkar olunaraq inzibati məsuliyyətə cəlb edilənlərdir: "Onlar hər vasitə ilə çalışırlar ki, özlərinə bəraət qazandırsınlar və onların saxlanılması üçün yol polisləri müxtəlif vasitələrdən istifadə etməli olublar. Məsələn, "maşınım sürüşdü" deyən sürücüdən soruşmaq lazımdır ki, gecə saat 3-də Balaxanıda palçıqlı yolda nə gəzirdin və ya polisə niyə tabe olmursan? Onu saxlamağa çalışan polislərdən qaçaraq ora gedib, orada da maşını sürüşdüyü üçün qaça bilməyib və tutulub. Yoxsa, yenə qaçmaq istəyirdi".

V.Əsədovun sözlərinə görə, bu şəxslərin ictimaiyyətə təqdim olunmasında məqsəd onların ictimai qınağa cəlb edilməsidir: "Belə profilaktik tədbirlər davam etdiriləcək. Hesab edirik ki, bu şəxslər və onlar kimi qayda pozan digər sürücülər bu əməlləri bir daha təkrar etməyəcəklər. Lakin göründüyü kimi, onların arasında ikinci dəfə inzibati həbs cəzası alanlar da var".

Hazırda inzibati həbs olunanların saxlanma yerindəki şəxslərin siyahısı:
1. Kurzinov Vladimir Anatolyevic 1980-cı il - işləmir - İXM-nin 152-2.3-cü maddəsi 30 gün
2. Məmmədov Elgün Fikrət oğlu 1984-cü il - işləmir - İXM-nin 296-1.1-ci maddəsi 30 gün
3. Məmmədov Əli Heydər oğlu 1992-ci il - işləmir - İXM-nin 152.4-cü maddəsi 20 gün
4. Həsənov Ramin Fazil oğlu - işləmir - İXM-in 152-1.4-cü maddəsi 15 gün
5. İsmayılov Elşən İsmayıl oğlu 1969-cu il - "Park Azure" MTK-da fəhlə - İXM-nin 152-2.3-cü maddəsi 30 gün
6. Dövlətov Ziyad Şahbaz oğlu 1989-cu il - işləmir - İXM-nin 296-1.1-ci maddəsi 15 gün
7. Hüseynov Qabil Qalib oğlu 1979-cu il - fərdi əməklə məşğuldur - İXM-nin 296-1.1-ci maddəsi 15 gün
8. Qurbanəliyev Niyaməddin Qəmnalı oğlu 1984-cü il - işləmir - İXM-nin 152-1.4-cü maddəsi 15 gün
9. Əlizadə Ehtibar Mehman oğlu 1993-ci il - işləmir - İXM-nin 296-1.1-ci maddəsi 15 gün
10. Nəsrullayev Fuad Mahir oğlu 1982-ci il - işləmir - İXM-nin 152-1.3-cü maddəsi 15 gün
11. Yunusov Tofiq Şirməmməd oğlu 1987-ci il - işləmir - İXM-nin 152.4-cü maddəsi 10 gün
12. Qasımov Gülhüseyn Balahüseyn oğlu 1996-cı il - işləmir - İXM-nin 296-1.1-ci maddəsi 20 gün
13. Heybətov Ceyhun Vaqif oğlu 1977-ci il - işləmir - İXM-nin 152.4-cü maddəsi 5 gün
14. Ələkbərov İsa Rauf oğlu 1985-ci il - işləmir - İXM-nin 152.4-cü amddəsi 10 gün

Məqalədə:
Xəbər lenti

Xəbər lenti