Milli "düşmək sindromu"

Milli "düşmək sindromu"

Bəxtiyar Hacıyev - Trend:

Azərbaycan cəmiyyətində unikal bir sindrom var: "düşmək sindromu". Məsələn, zibilə və ya işə düşmək, işi düşmək, eşqə düşmək, depressiyaya düşmək, təlaşa - sadə, el dilində desək, "panika"ya düşmək və s. və i.a. Əslində, "düşmək sindromu" milli elmi-psixoloji tədqiqata cəlb olunmalı geniş bir mövzudur. Bu sindromdan xilas olmaq heç də həmişə rahat başa gəlmir.

Son dövrlərdə cəmiyyətdə ən çox yayılmış depressiya sindromu isə gənclər arasında sanki dəb halını alıb. Elə təəssürat yaranır ki, depressiyaya düşməmək toplumdan kənarda, geridə qalmaq deməkdir. "Depressiyadan çıxa bilmirəm", "Son vaxtlar depresyondayam", "Depress olmuşam" və s.

Depressiya nədir? Müxtəlif və ya konkret təriflər vermək olar, amma bu, nəyisə dəyişmir. XXI əsrin depressiya deyilən bəlası əslində mövcud deyil, insan beyninə məqsədli şəkildə yeridilmiş xəstəlikdir. Unutmayaq ki, daxilən güclü insanlar depressiya deyilən nəsnəyə meyilli olmurlar. Bizim bildiyimiz "fikir çəkmək", "qəm yeməkdir" ki, bu da zaman-zaman hansısa mənəvi və maddi hadisələrlə bağlı olur, lakin depressiya həvəskarlarında olduğu kimi müntəzəm davam etmir, həyatdan küskünlüyə, intihara səbəb olmur və ola da bilməz.

Bu bəladan qurtulmaq üçün gənclərə yeganə tövsiyəmiz bu ola bilər: depressiya mövcud deyil. Mövcud olmayan isə quyu deyil ki, hər gələn ora düşsün. Mövcud olsa belə, depressiyaya düşmək problemləri həll etmir, əksinə, sizi neqativə kökləyir, üstəlik, öz mənfi enerjinizi ətrafınızdakı insanlara ötürürsünüz. Nəticə etibarilə tək qalır və depressiya adlandırdığınız quyudan çıxa bilmirsiniz.

Əslində, depressiya sözünün özü adamı depressiyaya salır. Gənclərdə depressiya xəstəliyi eşqə düşmək, daha doğrusu, aşiq olduqlarını zənn etdikləri kiminsə vücudunu bəyənmək və sonra bu tərpənən, səs salan vücudu itirməkdən sonra yaranır.

"Bəs siz hələ də depressiyaya düşməmisiniz?! Sınayın..."

Yaşlı nəsil arasında isə bu sindrom populyar deyil. "Depressə düşmək nə olan şeydir, a bala?" Köhnə adamlarda daha çox "panika"ya düşmək kimi müalicəsi tibb elminə məlum olmayan milli xəstəlik var. Dedi-qodunu "dövlət informasiya komitəsi"nin təsdiq etdiyi dəqiq məlumat kimi qəbul edənlər əvvəlcə özləri "panika"ya düşür, sonra isə bu "səhih məlumatı" hətta elektron KİV-in bacara bilmədiyi operativliklə yayaraq əksər insanları da "panika"ya salırlar. Bu "panika"ya düşmək xəstəliyinin dərhal yayılmasını ən yaxşı halda kosmik raketin sürəti ilə müqayisə etmək olar.

"Hər şey bahalaşacaq", "Artıq bahalaşıb", "Mağazalarda hər şeyin qiyməti qalxıb", "Güjdü infiliyasiyadı", "Böhran, kirizis", "Manat öldü"...

Və yaşlı nəslin - ən azı 3 fərqli dövr görmüş, dəfələrlə bahalaşma ilə qarşılaşmış insanların əslində hələ heç nə baş verməmiş, sanki İsrafil surunu çaldığı üçün haray-həşir qoparması başa düşülən deyil. Hansısa yeməli, geyməli məhsulun qiymətinin bir insan ömrü ərzində sabit qaldığı olubmu?

Yaşlı nəsilə tövsiyəmiz yoxdur. Əksinə, biz onlardan məsləhət, tövsiyə gözləyirik. Amma onlara "panika"ya düşmək xəstəliyinin əlacını deyə bilərik: "panika"ya düşməmək.

Bəlkə bir qədər soyuqqanlı olaq, nəticəni gözləyək, baş verən hadisələrə bir qədər təmkinli, müdrik yanaşaq? Axı biz müdrik xalqıq...

..."Daha dirilməyəcək", "Qoymayın, gəldilər", "Çıxın aradan"...

Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard dollara çatır
Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard dollara çatır
"Standard & Poor's" agentliyi Azərbaycanın kredit reytinqi üzrə proqnozu yüksəldib
"Standard & Poor's" agentliyi Azərbaycanın kredit reytinqi üzrə proqnozu yüksəldib
"Data Science" üzrə qrup rəhbəri vakansiyası hələ də aktualdır
"Data Science" üzrə qrup rəhbəri vakansiyası hələ də aktualdır
Loading Bars
Xəbər lenti
Qətərdə koronavirusa yoluxanların sayı 150 min nəfərə çatır
Əlahiddə Ümumqoşun Orduda bir qrup hərbi qulluqçuya vaxtından əvvəl və növbəti hərbi rütbələr təqdim edilib (FOTO/VİDEO)
Şuşaya qalib kimi gəlmişik - Fərhad Bədəlbəyli və Polad Bülbüloğlu Şuşada (ÖZƏL)
Şahbuz rayonunda zəlzələ olub
Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Almaniyada çap olunub (FOTO)
Məişətdə yanğın baş verməməsi üçün nə edilməlidir? - FHN
Kəlbəcər rayonunun Qamışlı kəndi (FOTO/VİDEO)
Azərbaycanda 705 nəfər COVID-19-dan sağalıb, 162 nəfər yoluxub, 8 nəfər vəfat edib
Heydər Əliyev Fondunun dəstəyi və “Bravo” supermarketlər şəbəkəsinin təşkilatçılığı ilə Qubadlı və Xocavənddə hərbiçilərimizə zəruri ərzaq məhsulları göndərilib (VİDEO)
Prezident İlham Əliyev Volodimir Zelenskiyə başsağlığı verib
Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiyaya 5 298 vətəndaş müraciət edib
“Vikipediya”nın alman dili bölməsində Azərbaycanla bağlı məqalələr yaradılır
Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibi təsdiqləndi
Qlobal səviyyədə Komiks və Karikatura Yarışmasına start verilir
Qaradağ rayonunda böyük iməcilik keçirildi (FOTO)
Dövlət Neft Şirkətinin idarə edilməsi təkmilləşdirilir: Müşahidə Şurası yaradıldı - FƏRMAN
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Qarabağ Dirçəliş Fondu”na 100 min manat vəsait köçürüb
Tərtərdə karantin rejimini pozan çayxana aşkarlanıb
İsmayıl Hacıyev “Şöhrət” ordeni ilə təltif edildi
Evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub
ABŞ sakini lotereyada 1 milyard dollar udub
2 783 şəhidin 7 127 ailə üzvünə sosial ödənişlər təyin olunub
İranda 6 mindən çox şəxs koronavirusa yoluxub
Bakı aeroportunda qızıl qaçaqmalçısı tutuldu (FOTO) (VİDEO)
Vəzifəli şəxsin qanunsuz hərəkətləri ilə bağlı cinayət işi başlandı
Daha bir qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu (FOTO)
Azərbaycanda yeni qanun layihəsi hazırlanır
Cəbrayıl rayonunun Aşağı Maralyan kəndi (FOTO)
Paytaxtda təmizliklə bağlı iməclik keçirilib (FOTO)
Erməni vandalizminin son həddi: Talan olan Zəngilan - Trend TV-nin REPORTAJI
Türkiyədə Rusiya vaksini istehsal ediləcək
"Dostluq" yatağının birgə işlənməsi kommersiya və texniki baxımdan cəlbedici olacaq - "Wood Mackenzie"
Gürcüstan XİN rəhbərinin müavini 20 Yanvar şəhidlərinin xatirəsini Azərbaycan Səfirliyində yad edib
Aztəminatlı tələbələrə təhsil kreditlərinin faizsiz verilməsi nəzərdə tutulur - Nazir
Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard dollara çatır
Fikrim ictimaiyyətə fərqli formada təqdim edilib - Emin Əmrullayev
22 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb (FOTO/VİDEO)
"Standard & Poor's" agentliyi Azərbaycanın kredit reytinqi üzrə proqnozu yüksəldib
Şagirdlərin milli qiymətləndirilməsinin aparılması nəzərdə tutulur
"Torqovı"nun bağlı qalan obyektləri açılış gününü gözləyir (FOTO)
Azərbaycan nefti ucuzlaşır
Rusiyada koronavirusa 30 minə yaxın yeni yoluxma olub, 559 nəfər ölüb
Pandemiyada ölüm hallarının qarşısının alınması ilə bağlı layihənin ilk koordinasiya görüşü keçirilib
DİN sosial şəbəkə istifadəçilərinə dələduzlarla bağlı müraciət edib
Məmurlar dürüst, xalqına, dövlətinə sadiq və peşəkar xüsusiyyətlərə malik olmalıdır - Hikmət Hacıyev
Müharibə zamanı dağıdılan məktəblərlə bağlı qərarlar üzərində işlənilir - Nazir
“Yüksəliş” müsabiqəsi Hikmət Hacıyevin təqdimatında vebinar təşkil edib (FOTO)
Bazar günü hava yağmursuz keçəcək, 8 dərəcə isti olacaq
Rus hərbçisi Ermənistanda qəzaya düşüb öldü
Cəlilabadda qadın əri tərəfindən öldürüldü
Qarabağın iqlim və relyefi müxtəlif turizm məhsullarının inkişafına imkan yaradır - Turizm Bürosu
Müharibənin təsirindən psixoloji travma alan şəxs ən kiçik hadisədən aqressivləşib özünə zərər yetirə bilər - Psixoloq TÖVSİYƏLƏRİ
KOBİA və TÜMKİAD arasında anlaşma memorandumu imzalanıb (FOTO)
Ötən il Azərbaycanda istehsal edilən minik avtomobillərinin sayı açıqlanıb
Qonşusunu evində boğaraq qətlə yetirən 18 yaşlı gənc tutulub
Hindistanda bir gündə rekord sayda şəxs peyvənd olunub
Qanunsuz ov edən şəxs cəzalandırılıb
Azərbaycanda bu şəxslərə də hərbi xidmətdən möhlət veriləcək
Məktəblər açılır, metronun fəaliyyəti bərpa oluna bilərmi? - AÇIQLAMA
AMEA-da direktor və direktor müavini nöqsanlara görə işdən azad edilib
Daşkəsəndə qanunsuz silah saxlayan şəxslər aşkarlanıb
“Keşikçidağ”da tunc dövrünə aid insan qalıqları aşkar edilib (FOTO)
Döyüş zamanı yoldaşının canı sənə əmanət olur – Vətən müharibəsinin iştirakçısı (FOTO)
Millət vəkili Arzu Nağıyev Tovuz və Gədəbəydə şəhid ailələri ilə görüşüb, məzarlarını ziyarət edib (FOTO)
Türkiyə Braziliyadan uçuşları dayandırır
Belçika koronavirus əleyhinə tədbirləri sərtləşdirilir
Vaşinqtonda yüzlərlə milli qvardiyaçı koronavirusa yoluxdu
Pentaqonun yeni rəhbəri NATO-nun ABŞ üçün əhəmiyyətini vurğuladı
Meksika və ABŞ prezidentləri əməkdaşlığın inkişafını müzakirə ediblər
Kolumbiyanın şərqində neft boru kəməri partladılıb
Vaşinqtonda “20 Yanvar” şəhidlərinin əziz xatirəsi anılıb (FOTO)
İsveçrə məhkəməsi İsrailli iş adamını həbs etdi
ABŞ-da iqtisadi böhran dərinləşir - Bayden
Koronavirus dondurulmuş qida paketlərinin üstundə qala bilər - ÜST
ABŞ KXDR-ə qarşı yeni strategiya hazırlayacaq
ÜST: Dünyada ötən sutka koronavirusa 624 mindən çox yoluxma qeydə alınıb
Finnair sərnişinlərdən koronavirus testinin nəticələrini tələb edəcək
FK "Barselona" keçmiş baş məşqçi Setyenə təzminat ödəməyəcək
ABŞ-da iqtisadiyyatı stimullaşdırmaq üçün təcili tədbirlər görülməlidir
Azad Rəhimovun komaya düşməsilə bağlı xəbərlər həqiqəti əks etdirmir
Türkiyədə son sutkada koronavirusdan 6 018 nəfər sağalıb
Ombudsmanın 2 saylı istintaq təcridxanasına başçəkmə həyata keçirib
Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru saxlanıldı
Məzarlarda qızıl dişlər axtaran ermənilər bütün qəbirləri dağıdıblar - Trend TV Zəngilanda (FOTO)
Abşeronda ikimərtəbəli evdə yanğın olub
Baş Prokurorluq Masallıda əməliyyat keçirdi, baş həkim saxlanıldı
Azərbaycana elektrik və hibrid avtomobillərin gətirilməsi necə stimullaşdırıla bilər?
Qorxu sindromuna tutulan Ermənistan: Böhran, xaos, başlıbaşınalıq... - TƏHLİL
Azərbaycan dünyada ilk dəfə tətbiq edilən yeni texnologiya əsasında sürtkü yağları istehsal edir
İnam Kərimov Kənd Təsərrüfatı Nazirlərinin 13-cü Berlin Konfransında iştirak edib (FOTO)
Maliyyə Nazirliyi cəbhə bölgəsində olan hərbçilərin maaşlarının azalması iddiası ilə bağlı AÇIQLAMA yayıb
“ADA” Universiteti işğaldan azad olunmuş ərazilərə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili mövzusunda sosioloji tədqiqat layihəsini həyata keçirəcək
Azərbaycanda 632 nəfər COVID-19-dan sağalıb, 280 nəfər yoluxub, 11 nəfər vəfat edib
Yeniyetmələrdən ibarət seçmə komandaya yeni məşqçi təyinatları olub
Sosial şəbəkələrdə narkotik vasitələri təbliğ edən şəxs saxlanılıb
Görkəmli sərkərdə Həzi Aslanovun anım mərasimi keçirilib (FOTO/VİDEO)
Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə telefonla danışıb
Dövlət Neft Fondunun 2020-ci il üzrə gəlir və xərcləri açıqlandı
Tibb işçilərindən sonra 65 yaşdan yuxarı şəxslərin peyvəndlənməsinə başlanacaq - Ramin Bayramlı
Ovçular nəyə diqqət etməlidir? - Xidmət rəisindən ovçulara XƏBƏRDARLIQ (VİDEO)
Bütün xəbərlər