Azərbaycan, Bakı, 3 aprel /Trend/
Hacıkənd ərazisində yeni meşə zolaqları salınacaq.
Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, bu il Hacıkənd ərazisində yeni meşə zolaqları salınacaq. Üstəlik, ötən ildən fərqli olaraq Hacıkənddə yaşıllıq zolaqlarının artırılması ilə yanaşı, məhv olmuş meşə massivlərinin bərpası da nəzərdə tutulub.
Göygöl rayon Meşə Mühafizəsi və Bərpası İdarəsi tərəfindən meşə zolağının salınması ilə bağlı hazırlanan tədbirlər planı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, eləcə də digər aidiyyəti qurumlara göndərilib.
Yaşıllaşdırılacaq ərazilər 1990-cı illərin əvvəllərində məhv edilmiş meşə zolaqları olacaq. Bu ərazilərin ümumi sahəsi hesablanıb, işlərə isə yaxın günlərdə başlanılacaq.
Təxminən 40 ha ərazi vahidində yeni meşə zolağının salınması nəzərdə tutulub. Bunun üçün 120 min ağacın əkilməsi planlaşdırılır.