...

BDU AMEA ilə anlaşma memorandumu imzaladı (FOTO)

Cəmiyyət Materials 9 Aprel 2015 16:14 (UTC +04:00)
Bu gün Bakı Dövlət Universiteti (BDU) ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında anlaşma memorandumu imzalanıb.
BDU AMEA ilə anlaşma memorandumu imzaladı (FOTO)

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Bu gün Bakı Dövlət Universiteti (BDU) ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında anlaşma memorandumu imzalanıb.

Universitetin Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, BDU-nun rektoru, akademik Abel Məhərrəmov və institutun direktoru, professor Əlövsət Quliyevin imzaladığı memorandumda tərəflər birgə kadr hazırlığı və elmi tədqiqat işləri, istehsalatın elmi əsaslarla təşkili sahəsində razılığa gəliblər.

Qurumlar arasında daha bir müqavilə BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu nəzdində Elm və tədris mərkəzinin yaradılması haqqında olub. Mərkəzin yaradılmasında məqsəd BDU-da tədris prosesinin elmi tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalata inteqrasiyasının gücləndirilməsi, tələbə və magistrantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması, torpaqşünaslıq, aqrokimya və ekologiya sahəsində istehsalat, elmi yeniliklər və innovasiyaların tədris prosesinə cəlb edilməsi, birgə elmi tədqiqatların aparılmasıdır.

İmzalanma mərasimində BDU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə, Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı, professor Nazim Şəmilov da iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti