...

“Bakı Ürək Günləri” 4-cü Beynəlxalq Konqresi keçirilir

Cəmiyyət Materials 15 May 2015 14:32 (UTC +04:00)
“Bakı Ürək Günləri” 4-cü Beynəlxalq Konqresi keçirilir
“Bakı Ürək Günləri” 4-cü Beynəlxalq Konqresi keçirilir

Azərbaycan, Bakı, 15 may /Trend/

Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti mayın 15-17-də Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Bakı Ürək Günləri" 4-cü Beynəlxalq Konqresini təşkil edir. Cəmiyyətdən Trend-ə verilən məlumata görə, 3 gün davam edəcək Konqresdə kardiologiya və ürək-damar cərrahiyyəsindəki ən mübahisəli problemlərə toxunulacaq, tibbin bu sahəsinin ən son yenilikləri müzakirə ediləcək.

Konqresin ilk günündə təşkil edilən "Maketlər üzərində femoro - popliteal bypass (bud-dizaltı şuntlama)" və "Heyvan ürəkləri üzərində koronar anastomoz" kursları xüsusilə gənc həmkarlarımız üçün çox faydalı olub. Dünyanın aparıcı kardioloq və kardio-cərrahlarının da dəvət olunduğu Konqresdə 450-dən artıq yerli və əcnəbi mütəxəssis iştirak edir.

Konqresin rəsmi açılış mərasimi mayın 16-ı saat 10:00-da Fairmont oteldə (Alov Qüllələri) baş tutacaq.

Bu gün Konqres iştirakçıları tərəfindən Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti