...

Daha 76 əlil istirahət mərkəzinə göndərilib (FOTO)

Cəmiyyət Materials 25 May 2015 10:17 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) daha 76 əlilliyi olan şəxsi istirahət mərkəzinə göndərib.
Daha 76 əlil istirahət mərkəzinə göndərilib (FOTO)

Azərbaycan, Bakı, 25 may /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) daha 76 əlilliyi olan şəxsi istirahət mərkəzinə göndərib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, nazirlik üzrə müvafiq əmrlə təsdiqlənən "2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"na əsasən, qeyd olunan təbəqədən olan daha 76 nəfər Lənkəran rayonundakı istirahət və sağlamlıq mərkəzinə istirahətə yola salınıb.

Bununla da, ƏƏSMN tərəfindən son iki ayda 426 nəfərin, o cümlədən 286 nəfərin Lənkəran rayonuna, 140 nəfərin isə Şəki rayonuna istirahətə göndərilməsi təmin olunub. Bu istiqamətdə işlər cari ilin yay mövsümü ərzində davam etdiriləcək. Belə ki, adıgedən Proqrama əsasən, 2015-ci il ərzində ümumilikdə 1000 nəfərdən artıq əlilliyi olan şəxsin Lənkəran, Şəki və Xaçmaz rayonlarında istirahətinin təşkili nəzərdə tutulub.

Əlilliyi olan şəxslər istirahət və sağlamlıq mərkəzlərinə xüsusi ayrılmış nəqliyyat vasitəsilə aparılıb-gətirilir. Mərkəzlərdə onların istirahəti xüsusi proqram çərçivəsində təşkil olunur, onlar üçün müxtəlif idman yarışlarının, musiqili-əyləncəli tədbirlərin təşkili, tarixi və görməli yerlərə gəzinti turları, həmçinin həmin şəxslərin fizioterapevtik müalicə proseduralarına cəlb olunması və s. həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti