...

Azərbaycanın təmayüllü məktəblərində bu ildən bu fənlər keçiriləcək (SİYAHI)

Cəmiyyət Materials 20 İyun 2015 11:14 (UTC +04:00)
Azərbaycanda bu ilin sentyabrından tam orta təhsil bazasında tədrisin təmayüllülər üzrə təşkil olunacağı məktəblərdə 10-11-ci sinif şagırdlərinin keçəcəyi fənlərin adları açıqlanıb.
Azərbaycanın təmayüllü məktəblərində bu ildən bu fənlər keçiriləcək (SİYAHI)

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda bu ilin sentyabrından tam orta təhsil bazasında tədrisin təmayüllülər üzrə təşkil olunacağı məktəblərdə 10-11-ci sinif şagırdlərinin keçəcəyi fənlərin adları açıqlanıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, texniki fənlər təmayüllü siniflərdə ümumilikdə 9 fənn- Azərbaycan dili, xarici dil, riyaziyyat, fizika, kimya, ədəbiyyat, Azərbaycan tarixi, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı fənləri tədris ediləcək. Tədris rus dilində olan belə siniflərdə isə rus dili ilə yanaşı, Azərbaycan dili də dövlət dili kimi tədris ediləcək. Bunun nəticəsində tədrisi rus dilində olan məktəblərdə şagirdlərə keçiriləcək fənlərin sayı 9 deyil, 10 olacaq.

Riyaziyyat-iqtisadiyyat təmayüllü siniflərdə şagırdlərə 8 fənn - Azərbaycan dili, xarici dil, riyaziyyat, coğrafiya, Azərbaycan tarixi, ədəbiyyat, fiziki tərbiyə, fənclərin çağırışaqədərki hazırlığı fənləri tədris olunacaq. Tədrisi rus dilində olan məktəblərdə isə Azərbaycan dili də dövlət dili kimi tədris edildiyindən bu fənlərin sayı 9 olacaq.

Humanitar fənlər təmayüllü siniflərdə 8 fənn- Azərbaycan dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, təbiət fənləri təmayüllü siniflərdə 10 fənn- Azərbaycan dili, xarici dil, riyaziyyat, fizika, biologiya, kimya, ədəbiyyat, Azərbaycan tarixi, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı keçiriləcək. Tədrisi rus dilində olan məktəblərdə rus dilindən əlavə Azərbaycan dili də tədris ediləcəyindən humanitar fənlər təmayüllü siniflərdə 9, təbiət fənləri təmayüllü siniflərdə 11 fənn tədris olunacaq.

Xatırladaq ki, bu ildən tədrisin təmayüllülər üzrə təşkil olunacağı siniflərdə tədris olunacaq fənlərin sayı texniki fənlər təmayüllü siniflərdə 9, riyaziyyat-iqtisadiyyat və humanitar fənlər təmayüllü siniflərdə 8, təbiət fənləri təmayüllü siniflərdə 10-dək azaldılıb.

Nazirlikdən əlavə edilib ki, fənn müəllimlərinin rəyi, şagirdlərin fənlər üzrə təlim nailiyyətləri və onların meyil-maraqları, buraxılış imtahanlarının nəticələri, valideynlərin razılığı nəzərə alınmaqla pilot müəssisələrdə təmayül siniflərinin ilkin komplektləşdirilməsini iyun ayının sonunadək başa çatdırılmalıdır.

M.Cabbarovun Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, Sumqayıt, Mingəçevir, Şirvan şəhər təhsil şöbələrinə verdiyi tapşırığa uyğun olaraq, təmayüllər üzrə tədrisi səmərəli təşkil etmək və şagirdlərə keyfiyyətli təhsil verilməsini təmin etmək məqsədilə pilot müəssisələrdə pedaqoji kadr heyətinin gücləndirilməsi istiqamətində lazımi tədbirlər görüləcək.

Pilot məktəblərinin təmayül siniflərini bitirmiş şagirdlərin tam orta təhsil haqqında attestatlarına hər təmayül üzrə təsdiq olunmuş tədris planlarındakı fənlərdən aldıqları yekun qiymətlər yazılacaq. Tədris olunmamış fənlərin qarşısında isə "--" (tire) işarəsi qeyd ediləcək.

Xatırladaq ki, 2015-2016-cı dərs ilindən Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində yerləşən 50 məktəbin 10-11 siniflərində tədrisin təmayüllər üzrə (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət istiqamətləri üzrə) təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti