...

Dini radikalizmlə mübarizə çərçivəsində növbəti tədbir keçirilib

Cəmiyyət Materials 1 İyul 2015 19:25 (UTC +04:00)
Bu gün Daxili İşlər Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) arasında imzalanmış "Dini radikalizmlə mübarizənin effektivliyinin artırılması məqsədilə Daxili Qoşunların şəxsi heyətinin maarifləndirilməsi istiqamətində birgə işin təşkilinə dair Tədbirlər Planı"na uyğun olaraq Daxili Qoşunların Bakı şəhərində yerləşən N saylı hərbi hissəsində görüş keçirilib.
Dini radikalizmlə mübarizə çərçivəsində növbəti tədbir keçirilib

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir İlkin İzzət/

Bu gün Daxili İşlər Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) arasında imzalanmış "Dini radikalizmlə mübarizənin effektivliyinin artırılması məqsədilə Daxili Qoşunların şəxsi heyətinin maarifləndirilməsi istiqamətində birgə işin təşkilinə dair Tədbirlər Planı"na uyğun olaraq Daxili Qoşunların Bakı şəhərində yerləşən N saylı hərbi hissəsində görüş keçirilib.

DQİDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Dini radikalizm və onun təzahür formaları" mövzusunda keçirilən görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov iştirak edib.

Dövlət Komitəsinin sədr müavini S.Heydərov çıxış edərək ölkədəki mövcud dini vəziyyət, dövlətin dini etiqad azadlığının təminatı üzrə gördüyü işlər, ölkəmizdə radikalizm meyillərinin yaranması və bununla əlaqədar mövcud tendensiyalar, bu meyillərin yayılmasında maraqlı olan qüvvələr haqqında məlumat verib.

Görüşdə, həmçinin radikalizmə meyilli şəxslərin fəaliyyət istiqamətləri, metodları, həvəsləndirici və s. vasitələr, eləcə də dini ekstremizmə qarşı keçirilən maarifləndirmə və koordinasiya işinin təşkili üzrə kompleks tədbirlər barədə iştirakçılara məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti