...

II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri məlumdur

Cəmiyyət Materials 27 İyul 2015 17:02 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 25-də II və III ixtisas qrupları üzrə (cari ilin məzunları üçün) keçirilmiş qəbul imtahanının nəticələrini açıqlayıb.
II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri məlumdur

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 25-də II və III ixtisas qrupları üzrə (cari ilin məzunları üçün) keçirilmiş qəbul imtahanının nəticələrini açıqlayıb.

Komissiyadan Trend-ə verilən məlumata görə, abituriyentlər imtahanın nəticələri ilə TQDK-nın internet saytı vasitəsilə və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

Müsabiqə şərtlərinə əsasən I, II, III və IV qruplar üzrə müsabiqədə ümumi balı 200-dən, hər bir fənn üzrə minimal balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

İmtahanda iştirak etmək üçün sənəd vermiş 29 590 (15 841 nəfər II qrup üzrə, 13 749 nəfər III qrup üzrə) abituriyentdən 971 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 28 619 abituriyentdən 12 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İmtahanda II ixtisas qrupu üzrə 3, eləcə də III ixtisas qrupu üzrə 3 abituriyent ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

İBütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 30-dan avqustun 11-dək aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti