...

Atatürk ATƏT-in cavabını belə verdi

Cəmiyyət Materials 23 Sentyabr 2015 11:16 (UTC +04:00)
Azərbaycanlı gəncin çıxışı ATƏT-in illik toplantısında alqışlarla qarşılanıb.
Atatürk ATƏT-in cavabını belə verdi

Azərbaycan, Bakı, 23 sentyabr /Trend Azər Niftiyev/

Azərbaycanlı gəncin çıxışı ATƏT-in illik toplantısında alqışlarla qarşılanıb.

Trend-in məlumatına görə, TURSAM (Türkiyə-Azərbaycan Strateji Araşdırmalar Mərkəzi) rəhbəri, gənc fəallardan olan Atatürk Kamallı Varşavada keçirilən ATƏT-in Media azadlığına həsr olunmuş illik toplantısında çıxış edib.

Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni kəskin tənqid edən A.Kamallı bildirib ki, Azərbaycanı zəif, gücsüz görmək istəyənlər öz məqsədlərinə çata bilməyəcək: "ABŞ, Avropa istəyir ki, bütün dövlətlər onların dediyi ilə oturub-dursun. Müstəqil siyasət yürütməsin. Onlar da həmin ölkələri bütünlüklə nəzarətə alsınlar. Bir çox qonşu dövlətlərdə buna nail olublar. İndiki məqamda hədəfləri Azərbaycandır. Ölkəmizin müstəqil siyasət yürütməsi qərb dairələrini ciddi şəkildə narahat edir. Onlar hər vəchlə bizi təzyiq altında saxlamağa çalışırlar. Mən buradan üzümü demokratik dəyərlərdən danışan avropalı deputatlara tutub demək istəyirəm ki, Azərbaycanı Suriya, İraqın günündə görə bilməyəcəksiniz. Yaxşı olar ki, ikili standartlardan əl çəkib, Azərbaycan torpaqlarının işğal olunmasına etiraz edəsiniz. Bunu edə bilmirsinizsə, heç olmasa saxta və qərəzli hesabat və qətnamələr yaymayın".

Azərbaycanlı gəncin çıxışı alqışlarla qarşılanıb və sonra çıxış edən bəzi qonaqlar A.Kamallının fikirlərinə həmrəy olduqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti