...

Bilik Fondu Poltava liseyində mühazirə təşkil etdi (FOTO)

Cəmiyyət Materials 3 Oktyabr 2015 12:59 (UTC +04:00)
Lisey kitabxanasına Azərbaycan-Ukrayna arasında mədəni, təhsil və ədəbi əlaqələrdən bəhs edən və Bakı Slavyan Universitetində nəşr olunmuş kitablar hədiyyə edilib.
Bilik Fondu Poltava liseyində mühazirə təşkil etdi (FOTO)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü ilə İ.P.Kotlyarevski adına Poltava şəhər 1 nömrəli çoxprofilli liseyində Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universitetinin Azərbaycan Tədris-Mədəniyyət Mərkəzinin müdiri, fəlsəfə doktoru, dosent Y.K.Alxasovun "Azərbaycan multikulturalizmin mərkəzidir" mövzusunda mühazirəsi keçirilib.

Mühazirəçi liseyin müəllim və şagirdlərini Azərbaycanla Ukrayna arasında strateji tərəfdaşlıq barədə məlumatlandırıb, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanda multikultural mühitin yaradılmasındakı rolundan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cəmiyyətdə tolerantlıq prinsiplərinin möhkəmlənməsinə yönəlmiş diqqət və daimi qayğısından, dövlətin ölkədə uğurla həyata keçirdiyi multikulturalizm siyasətindən, həmçinin müasir Azərbaycanın tarixi, iqtisadi və mədəni həyatından geniş söhbət açıb. Mühazirə-təqdimat canlı ünsiyyət, auditoriya ilə maraqlı söhbət şəraitində və Bakı haqqında video-çarxın nümayişi ilə keçirildi. Mühazirədə liseyin direktoru, Ukraynanın əməkdar maarif işçisi N.A.Vverqal, direktor müavini, ali kateqoriyalı müəllim Y.V.Kril, hüquq müəllimi E.Q.Fisun iştirak ediblər.

Lisey kitabxanasına Azərbaycan-Ukrayna arasında mədəni, təhsil və ədəbi əlaqələrdən bəhs edən və Bakı Slavyan Universitetində nəşr olunmuş kitablar hədiyyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti