...

Bakıda daha bir yol bağlanıb (FOTO)

Cəmiyyət Materials 5 Oktyabr 2015 15:13 (UTC +04:00)
Sürücülər alternativ olaraq İnşaatçılar prospektindən istifadə etmələri tövsiyə olunur.
Bakıda daha bir yol bağlanıb (FOTO)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Bakıda daha bir yolda təmir işləri aparılır.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, Mikayıl Müşfiq küçəsinin İsmayıl Qutqaşınlı küçəsi ilə kəsişməsindən Hüseyn Cavid prospekti ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti hər iki istiqamətdə tam məhdudlaşdırılıb.

Sürücülər alternativ olaraq İnşaatçılar prospektindən istifadə etmələri tövsiyə olunur.

Təmir işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti