...

Hesab.az 80 yaşlı istifadəçisini Maldivə göndərir

Cəmiyyət Materials 6 Oktyabr 2015 16:41 (UTC +04:00)
Bu gün “Hesab.az-da onlayn ödəsən, bir də gördün Maldivdəsən” lotereya kampaniyasının əsas hədiyyəsi olan Maldiv adalarına səyahətin 80 yaşlı qalibinə hədiyyəsi təqdim olundu.
Hesab.az 80 yaşlı istifadəçisini Maldivə göndərir

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Bu gün "Hesab.az-da onlayn ödəsən, bir də gördün Maldivdəsən" lotereya kampaniyasının əsas hədiyyəsi olan Maldiv adalarına səyahətin 80 yaşlı qalibinə hədiyyəsi təqdim olundu.

Azərbaycanın ən böyük onlayn ödəmə portalı olan Hesab.az-ın "Visa" şirkəti ilə birgə keçirdiyi lotereya kampaniyasının qalibləri 2 sentyabr tarixində keçirilən tədbirdə RandomPicker saytı vasitəsilə müəyyən olunmuşdu. Nəticələrə əsasən Maldiv adalarına 2 nəfərlik 1 həftəlik səyahəti, 1844741 nömrəli biletin sahibi Ramin Mahmudzadə qazanmışdı.

Bu gün R. Mahmudzadəyə hədiyyəsini təqdim edilərkən bildirdi ki, qalib olduğuna ilk öncə inanmayıb: "Mənə zəng edib, qalib olduğumu dediyinizdə Kislovodskda sanatoriyada idim. Tam olaraq anlamadım ki, nəyin qalibi olmuşdum. Daha sonra sizin əməkdaşınız bildirdi ki, Hesab.az portalında etdiyim ödənişlərə görə kampaniya çərçivəsində verilən biletlərdən biri lotereyada qalib olub və mən uzaq diyar olan Maldivə gedəcəm. Çox sevindim və açığı təccübləndim ki, pulsuz, təmənnasız, yalnız sizin xidmətinizdən yararlandığım üçün mənə bu hədiyyəni qazanmışam".

Qalib Hesab.az portalından illərdir istifadə etdiyini dedi: "Mənim əsas silahım internetdir. İllərdir Bakı Dövlət Universitetində tətbiqi-riyaziyyat və kibernetika fakültəsində dərs deyirəm. Azərbaycanda onlayn ödəniş xidmətini verən bir portal olduğunu öyrəndiyim gündən bütün ödənişlərimi Hesab.az-da onlayn edirəm. Bu həm vaxt, həm də enerji baxımından çox sərfəli xidmətdir. Bu günə kimi xidmətinizdən heç bir narazılığım olmayıb. Bundan sonra da xidmətinizdən istifadə etməkdə davam edəcəyəm. Sizə minnətdaram. Dünyanın bir çox ölkəsində olmuşam. Təbii ki, Maldivədə getmək istəyərdim. Əgər özüm gedə bilməsəm, böyük oğlum həyat yoldaşı ilə gedib, Maldivdə dincələcək".

Qeyd edək ki, "Hesab.az-da onlayn ödəsən, bir də gördün Maldivdəsən" lotereya kampaniyası çərçivəsində 121 hədiyyə qaliblərinə təqdim olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti