...

"Azəryolservis" gücləndirilmiş rejimə keçib

Cəmiyyət Materials 6 Oktyabr 2015 16:56 (UTC +04:00)
Payız-qış mövsümü ilə əlaqədar olaraq "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejiminə keçib.
"Azəryolservis" gücləndirilmiş rejimə keçib

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir Elmir Murad/

Payız-qış mövsümü ilə əlaqədar olaraq "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejiminə keçib. Bunu Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, gələcəkdə yarana biləcək hər hansı bir problemin qarşısını almaq üçün qurumun "qaynar xətt"i (012) 599 79 75) fəaliyyət göstərir: "Belə ki, mərkəzə daxil olan məlumatlar araşdırılır və xidmətin əməkdaşları dərhal baş vermiş fəsadı aradan qaldırmaq istiqamətində hərəkətə keçir. Dünən yağmış yağış bir sıra yollarda qalıq sular əmələ gətirmişdi. Əməkdaşlarımız dərhal həmin ərazilərə yollanıb və yolları qalıq sularından təmizləyiblər. İşçilərimiz növbəli rejimdə işləyir. Gücləndirilmiş iş rejimində işlədiyimiz üçün ümid edirəm ki, payız-qış mövsümündə çox ciddi problemlərimiz yaranmayacaq".

A.Nəcəfli yağışdan sonra suların yollarda qalmaması üçün görülən işlərdən də danışdı: "Biz yollarda təmirdən sonra suların axıdılması üçün yağış barmaqlıqları quraşdırırıq. Təmir işləri apardığımız yollarda bu qurğunu quraşdırmağa imkan varsa, mütləq orada bu qurğunu quraşdırmağa çalışırıq. Bura yeni saldığımız yollar da daxildir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti