Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir Elmir Murad/
Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsində (Əsas yol - Koroğlu metrosu ist.) baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur. Sürücülərə alternativ olaraq Ziya Bünyadov prospekti köməkçi yoldan istifadə etmələri tövsiyə olunur.