...

Bakı Dövlət Universitetində 1-ci kurs tələbələri ilə növbəti görüş (FOTO)

Cəmiyyət Materials 14 Oktyabr 2015 13:24 (UTC +04:00)
Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi ənənəvi olaraq həyata keçirdiyi 1-ci kurs tələbələri ilə görüşləri davam edir.
Bakı Dövlət Universitetində 1-ci kurs tələbələri ilə növbəti görüş (FOTO)

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi ənənəvi olaraq həyata keçirdiyi 1-ci kurs tələbələri ilə görüşləri davam edir.

BDU THİK İctimaiyyətlə əlaqələr departamentindən Trend-ə verilən məlumata görə, görüşə universitetin Ekologiya və torpaqşünaslıq fakültəsi və Coğrafiya fakültələrinin tələbələri qatılıb. Tədbirdə BDU THİK sədri Daşqın Qənbərov, THİK-nin sədr müavini, Ekologiya və torpaqşünaslıq fakültəsi THT sədri Nəzmi Cəfərli, Coğrafiya fakültəsi THT sədri Eltac Cəbiyev və fakultə ilk təşkilatlarının sədrləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan BDU THİK sədri D.Qənbərov universitet həyatı barədə geniş məlumat verib.

Ekologiya və torpaqşünaslıq fakültəsi THT sədri N.Cəfərli isə fakültəsində keçirilən layihələrdən söz açıb.

Coğrafiya fakültəsi THT sədri E.Cəbiyev yeni tələbələri salamlayaraq, fakültənin xüsusiyyətləri, yaradılan geniş imkanlardan danışıb. O, bütün birinciləri bundan sonra da universitet və universitetdən kənarda birinci olmağa çağırıb.

Sonda tədbir sualların cavablandırılması ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti